Diyarbakırda zirehli avtomobilin təmiri zamanı partlayış: bir nəfər həlak olub

Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil
Diyarbakırda baş verən partlayış təhlükəsizlik kamerasında.

Türkiyədə Diyarbakır viyalətinin Bağlar mahalında yerləşən polis idarəsində səhər saatlarında zirehli avtomobilin təmiri zamanı böyük bir partlayış baş verib.

Diyarbakır valiliyindən verilən məlumata görə, partlayış nəticəsində yaralanan mülki məmur xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.

Partlayışda həlak olan məmurun Yunus Elatuntunter olduğu bildirilir.

Diyarbakır rəhbərliyinin məlumatına görə, partlayış zamanı xəsarət alan digər yaralıların müalicəsi xəstəxanada davam etdirlir.

Daxili işlər naziri Süleyman Soylu partlayışın kənardan edilən müdaxilə nəticəsində baş vermədiyini söyləyib.

"Təmir zamanı maşından qaynaqlanan səbəb üzündən baş verən partlayışda bir nəfər həlak olub. Yaralılardan birinin vəziyyəti ağılrdır".

Hələki səbəbi bilinməyən partlayışla bağlı məhkəmə və inzibatı istintaq başlanıb.

Fotonun müəllifi DHA

20-dən çox yaralı var

BBC türkcənin əldə etdiyi məlumata görə, partlayış nəticəsində 20-dən çox insan yaralanıb.

Yaralılar Memorial, Dövlət və Araşdırma xəstəxanaları da daxil olmaqla müxtəlif xəstəxanalara yerləşdirilib.

Polis heyəti isə partlayışın baş verdiyi ərazidə geniş təhlükəsizlik tədbirləri həyata keçirib.

Fotonun müəllifi Reuters
Fotonun müəllifi Reuters

Bu barədə daha geniş