Putin terrora görə mühacirləri Rusiya vətəndaşlığından məhrum etməklə hədələyib

Мохаммед-Юсуф Мирзаалимов в суде Fotonun müəllifi Getty Images
Image caption Peterburq metrosunda baş verən partalyışdan sonra həbs edilənlərin hamısı Mərkəzi Asiya bölgəsindədir (şəkildə - şübhəli Mahammad-Yusif Mirzalimov məhkəmədə)

Vladimir Putin Rusiya rəhbərliyinin sonradan ekstremist qruplaşmanın sıralarına daxil olan ölkə vətəndaşlarının vətəndaşlığının ləğv edilməsi yollarını axtaracağını bəyan edib.

"Rusiya konstitusiyasına görə, biz heç kimi vətəndaşlıqdan məhrum edə bilmərik. Lakin biz Rusiya vətəndaşlığını almağa əsas verən qərarları ləğv edə bilərik. Hüquqşünaslarla bu istiqamətdə müzakirələr aparacağıq və mənim fikrimcə, yaxın vaxtlarda belə bir qərar qəbul ediləcək ", - deyə Putin "Mir-24" telekanalına müsahibəsində bildirib.

Bir qədər əvvəl aprelin 3-də Peterburq metrosunda baş verən partlayışı həyata keçirdiyi ehtimal olunan Akbarcon Calilovun 2011-ci ildə Rusiya vətəndaşlığı aldığı məlum olub.

O, Rusiya vətəndaşlığını uzun illər Sank-Peterburqda yaşayan atası sayəsində alıb.

Bir çoxları Calilova vətəndaşlığın miqrasiya xidməti tərəfindən verildiyini ehtimal edirdilər.

Lakin Rusiya Federal Təhlükəsizlik Xidmətinin başçısı Aleksandr Bortnikov öz növbəsində Rusiyadakı terror qpulaşmalarının əsasını MDB ölkələrindən olan işçi mühacirlərin təşkil etdiyini bildirib.

Sankt-Peterburq metrosunda partlayış aprelin 3-də - "Sennaya ploşad" və "Texnologiya institutu-2" metro stansiyaları arasında baş verib.

Partlayıçı qurğunu işə salan könüllü də daxil olmaqla 14 nəfər həlak olub.

Bundan başqa, işə salınmayan partlayıcı qurğu "Ploşadi Vosstaniya" stansiyasında aşkar edilib.

İstintaqçıların qənaətinə görə, Akbarcon Calilov bombanı əvvəlcə "Ploşadi Vosstaniya" stansiyasına yerləşdirib, daha sonra özünü vaqona atıb.

Terror aktının istintaqı zamanı şübhəli bilinən 8 nəfər həbs olunub. Onlardan 6-sı Sankt-Peterburqda, 2-si isə Moskvada saxlanılıb. Saxlanılanların hamısı Mərkəzi Asiya bölgəsindəndir.

Bu barədə daha geniş