İran: Xameneinin xəbərdarlığına baxmayaraq Əhmədinejad namizədliyini irəli sürüb

Mahmoud Ahmadinejad registers for Iran's presidential election in Tehran (12 April 2017) Fotonun müəllifi EPA
Image caption Mahmud Əhmədinejad Ayətullah Xameneinin xəbərdarlığının sadəcə "bir tövsiyə" olduğunu deyib

Ayətullah Xameneinin xəbərdarlığına baxmayaraq, İranın sabiq prezidenti Mahmud Əhmədinejad prezidentliyə namizədliyini irəli sürüb.

2005 və 2013-cü illər arasında prezident olan mühafizəkar Əhmədinejad mayın 19-u keçiriləcək prezident seçkilərinə namizədliyini daxili işlər nazirliyində irəli sürüb.

Keçən il Ayətullah Əli Xamenei onun namizədliyini irəli sürməsinin "özünün və ölkənin maraqlarına" xidmət etmədiyini deyib.

Lakin cənab Əhmədinejad çərşənbə axşamı günü müxbirlərə bunun sadəcə bir tövsiyə olduğunu deyib.

Fotonun müəllifi Reuters
Image caption Cənab Əhmədinejad müttəfiqi Həmid Baqainin namizədliyini dəstəklədiyini bildirib

Cənab Əhmədinejadın qeydiyyatdan keçməsini görən Associated Press jurntalistləri, onun sənədlərini təqdim edərkən seçki rəsmilərini heyrətə saldığını bildiriblər.

Hazırki prezident Həsən Ruhani dünya qüvvələri ilə 2015-ci ildə nüvə razılığını əldə edib. Onun seçkilərdə ikinci prezident müddəti üçün namizədliyini irəli sürməsi gözlənilir.

Sənədlərini təqdim etdikdən sonra cənab Əhmədinejad seçkilərdə iştirak etməyəcəyi "vədinə sadiq" olduğunu deyib.

O, qeydiyyatdan keçməkdə məqsədinin keçmiş vitse-prezident və müttəfiqi Həmid Baqaiyə dəstək vermək olduğunu bildirib.

Əlaqəli mövzular

Bu barədə daha geniş