Putinin gəlirləri azalıb

Путин за рулем "Волги" Fotonun müəllifi Vladimir Rodionov/TASS
Image caption Putinin köhnə "Volqa" QAZ-М21-i

2016-cı ildə Rusiya prezidenti Vladimir Putinin gəlirləri bir qədər azalıb, Kremlin saytında dərc olunmuş rəsmi bəyannamədə deyilir.

Keçən il prezident Putin 8,86 milyon rubl (təxminən 155 min dollar) qazanıb. 2015-ci ildə isə gəlirlər 8,9 milyon rubl təşkil edib.

Hesabatda deyilir ki, Putinin 77 kvadrat metrlik mənzili, 1500 kvadrat metrlik torpaq sahəsi, 18 kvadrat metrlik qarajı, "Volqa" QAZ-М21 və Niva avtomobilləri və Skif adlı avtomobil qoşqusu mövcuddur.

Rəsmi bəyannamədə prezident və baş nazir də daxil olmaqla, bütün Rusiya deputatları, nazirləri və digər rəsmi şəxslərin gəlirləri açıqlanıb.