Türkiyə referendumu: İlkin nəticələr görə Erdoğanın tərəfdarları irəlidədir

İstanbulda "Bəli" tərəfdarları Fotonun müəllifi Reuters
Image caption İstanbulda "Bəli" tərəfdarları

Referendumun ilkin nəticələri prezident Recep Tayyip Erdoğanın yeni səlahiyyətlər əldə edəcəyini göstərir.

Bülletenlərin 99 faizi sayılmaqla "bəli" təxminən 51,5 faizlə irəlidə, "xeyr" isə təxminən 48,5 faizlə geridədir.

Prezidentin tərəfdarları "bəli" səsinin ölkəni müasirləşdirəcəyini deyirlər. Rəqiblər isə belə nəticənin avtoritar qaydalarla idarəetməyə gətirib çıxaracağından narahatdırlar.

Prezident Recep Tayyip Erdoğan parlament sistemini icraçı prezidentliklə əvəz etmək istəyir. Bu baş verərsə, o 2029-cu ilə qədər postunda qala bilər.

Səsvermə zamanı Diyarbakır əyalətində iki nəfər güllələnərək öldürülüb.

Hadisənin səbəbi hələ ki, aydın olmasa da, onun iki rəqib qrup arasında qarşıdurma nəticəsində baş verdiyi deyilir.

Referendumda 167 min seçki məntəqəsində təxminən 55 milyon seçici səs verə biləcək. Nəticələr bazar günü axşam gözlənilir.

Rəy sorğuları "bəli"nin "xeyr"dən bir az öndə olduğunu göstərir.

Fotonun müəllifi AFP

Referendum nə üçün əhəmiyyətldiri?

Referendum təxminən bir əsr bundan əvvəl yaradılan hakimiyyət sistemində ən böyük dəyişiklik yarada bilər.

Referendum ötən ilin iyulunda çevriliş cəhdindən sonra tətbiq edilən fövqəladə vəziyyətin fonunda keçirilir. O vaxtdan bəri on minlərlə insan həbs edilib.

Konstitusiya dəyişiklikləri ilə bağlı referendum baş nazir postunu ləğv etmək, prezidentə nazirlər kabinetini təyin etmək və bütün dövlət bürokratiyasına nəzarət etmək imkanı verir.

Həmçinin oxu:

Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil
Erdoğanın doğma şəhərində referendum barədə nə deyirlər?

Bəli üçün səbəblər

Prezident deyir ki, yeni sistem Fransa və ABŞ sistemini xatırladacaq və nəhəng qaçqın axınına səbəb olmuş qonşu Suriya münaqişəsi, kürd qiyamı və islamçı yaraqlıların mövcud olduğu böhran dövrünə sabitlik gətirəcək.

O, həmçinin deyir ki, yeni konstitusiya ötən ilin iyulunda baş vermiş çevriliş cəhdindən sonra Türkiyənin üzləşdiyi təhlükəsizlik problemlərini və keçmişdə yaranan zəif koalisiya hakimiyyətlərinin qarşısını alacaq.

İstanbulda səs verdikdən sonra, prezident deyib ki, referendum "sıradan bir referendum deyil. Yeni idarəetmə sisteminin, dəyişmə və transformasiya seçimidir".

Xeyr üçün səbəblər

Təklif edilən dəyişikliklərin rəqibləri yeni konstitusiyanını prezidentin rolunu həddən artıq güclü edəcəyini və digər prezident sistemilərində olan yoxlama və tarazlaşdırma funksiyalarının mövcud olmadığı halda bir nəfərin rəhbərliyini gətirib çıxaracaq.

Onlar yeni konstitusiyanını prezidentə siyasi partiyalarla əlaqəsini saxlamağa imkan verərək cənab Erdoğanın bir daha Ədalət və İnkişaf partiyasına (Adalet ve Kalkınma Partisi) rəhbərlik etməsinə yol verərək prezidentin qərəzsizliyini yox edəcəyini deyirlər.

Əsas müxalifət Respublikaçı Xalq Partiyasının (Cumhuriyet Halk Partisi) rəhbəri Kemal Kılıcdaroğlu Ankarada keçirilən mitinqdə "Bəli" səsinin ölkəni təhlükəyə salacağını deyib.

"Xeyr" tərəfdarları referendum qabağı kampaniya dövründə təzyiqlə üzləşdiklərini deyiblər və Türkiyə mediasında "xeyr" kampaniyasına kifayət gədər diqqət verilmədiyini bildirirlər.

Fotonun müəllifi EPA
Image caption "Yox" tərəfdarları avtoritar qaydalardan qorxurlar

Yeni Konstitusiyada nələr olacaq?

  • Prezident birbaşa ali dövlət rəsmiləri, o cümlədən nazirləri təyin edə biləcək
  • O, həmçinin bir və ya bir neçə vitse-prezidenti təyin edə bilər
  • Hazırda Binali Yıldırımın yerinə yetirdiyi Baş Nazirin işi ləğv ediləcək
  • Prezidentin həmçinin ədliyyə orqanlarına müdaxilə etmək hüququ olacaq
  • Prezident fövqəladə vəziyyət tətbiq edib-etməməyə qərar verəcək

Tənqidçilər başqa prezidentlik sistemlərinin yoxlanılmaması və balanslaşdırılmasına görə, dəyişikliyin prezidentə daha çox güc verəcəyindən və bir nəfərin hakimiyyətini gücləndirəcəyindən qorxurlar.

Onlar cənab Erdoğanın həmtəsisçisi olduğu AK Partinin (AKP) rəhbərliyini bərpa etməsindən narahatdırlar - bu, prezidentin obyektivlik şansını azaldacaq.

Referendumda konstitusiya layihəsinin parlamentin təsdiqinə göndərilməsi üçün yalnız "hə", və ya "yox" səslərini vermək lazımdır.

Layihədə deyilir ki, növbəti prezident və parlament seçkiləri 2019-cu il 3 noyabrda keçiriləcək.

Prezidentlik müddəti iki dəfə olmaqla beşillik müddətə olacaq.

Bu barədə daha geniş