Türkiyə: referendumdan "Hə" çıxdı, bundan sonra nə olacaq?

REFERANDUM Fotonun müəllifi Getty Images

Türkiyənin parlament sistemindən "prezident sisteminə" keçməsini nəzərdə tutan konstitusiya dəyişikliyi xalq səs verməsi nəticəsində qəbul edilib.

18 maddəlik bu dəyişikliklər prezidentin səlahiyyətlərini artıraraq yenidən tənzimləyəcək.

Baş Nazirliyin ləğv edilməsini nəzərdə tutan bu dəyişiklik nəticəsində Nazirlər Şurasını təyin etmə səlahiyyətləri prezidentə verilir. Bundan başqa millət vəkillərinin sayı 600-ə qaldırılır.

Türkiyə Böyük Millət Məclisi (TBMM) vaxtından əvvəl seçim qərarı vermədiyi təqdirdə, yeni sistem ilə bağlı qaydaların 2019-cu ilin 3 noyabrında, eyni vaxtda keçirilməli olan prezident və ümumi seçkilərlə birlikdə qüvvəyə minəcəyi gözlənilir.

Lakin partiyalı prezidentliyin yolunu açan qaydaların qüvvəyə minməsi isə yaxın günlərdə ola bilər.

Beləliklə, Yüksək Seçki Komitəsinin (YSK) 10-11 gün ərzində gözlənilən yekun nəticələri açıqlaması ilə prezident Recep Tayyip Erdoğanın da siyasi partiya üzvü olmasının yolu açılmış olacaq.

Ümumi seçkilər üçün müddətin 4 ildən 5 ilə qaldırılması, parlament və prezident seçkilərinin isə eyni gündə keçirilməsi nəzərdə tutulur. Siyasi partiyalara üzv olmasına icazə verilən prezidentin özünə və məclisin üzvü olan tam sayının beşdə üçünə seçkiləri yeniləmə haqqı verilir.

7 qanunun 144 maddəsində tənzimlənmə

TBMM-nin yeni dəyişikliklərə uyğun olaraq lazımi qanunları gündəmə gətirəcəyi gözlənilir.

Anadolu Agentliyinin (AA) verdiyi məlumata görə, referendumdan sonra Ədliyyə Nazirliyi yeni qaydalara uyğun işlər görməyə başlayıb və bu sahədə əsasən, ilk olaraq 7 qanundakı 144 maddədə tənzimlənmə aparılacaq.

AA-nın yazdığına görə, ilk olaraq dəyişikliklər ediləcək qanunlar arasında Prezident Seçimi Qanunu, Millət vəkili Seçimi Qanunu, Seçkilərin Əsas Hökmləri və Seçiciləri yerləşdirmə haqqında Qanun, Siyasi Partiyalar Qanunu, Hakimlər və Prokurorlar Ali Qurum Qanunu və Hərbi Cəza Qanunu da yer alıb.

Bu barədə daha geniş