Sankt-Peterburq metro hücumuna görə daha bir şübhəli saxlanılıb

Sankt Peterburq şəhərində metro stansiyasında partlayış Fotonun müəllifi AFP/GETTY IMAGES
Image caption Partlayışın qüvvəsi metro qatarının qapılarını qırıb

Sankt-Peterburq metrosunda bombalı hücumun təşkilatçılarından biri sayılan şübhəli şəxs Moskva yaxınlığında saxlanılıb, Rusiya təhlükəsizlik rəsmiləri bildirir.

1990-cı il təvəllüdlü Abror Azimovun Mərkəzi Asiya əsilli olduğu və Moskvadan qərbdə yerləşən Odintsovo rayonunda saxlandığı deyilir.

O, 14 nəfərin ölümü və 50-dən çox insanın xəsarəti ilə nəticələn hücumla bağlı saxlanılan 9-cu şəxsdir.

Rəsmi məlumata görə hücumu 1995-ci il təvəllüdlü, Qırğızıstanda doğulmuş Rusiya vətəndaşı Akbarjon Cəlilov törədib.

Əlaqəli mövzular

Bu barədə daha geniş