Sankt-Peterburq partlayışı: şübhəli şəxs sadəcə "əmrləri yerinə yetirib"

Abror Azimov in the defendant's cage at a court hearing in Moscow Fotonun müəllifi Reuters
Image caption Abror Azimov çərşənbə axşamı günü məhkəmədə iştirak edib

14 nəfərin ölümü ilə nəticələnmiş Sankt-Peterburq metrosuna hücumda şübhəli bilinən şəxs iddiaları rədd edib, Rusiya mediası xəbər verir.

Qırğızıstandan olduğu deyilən Abror Azimov sadəcə əmrləri "yerinə yetirdiyini" və nə etdiyini "dərk etmədiyini" deyib.

Bundan əvvəl vəkili onun partlayışların arxasında olduğunu "tamamilə qəbul etdiyini" bildirmişdi.

Aprelin 3-ü baş vermiş hücumla bağlı 9 nəfər saxlanılıb.

Akbarjon Cəlilov daşıdığı bombanı iki metro stansiyası arasında hərəkət edən qatarın içində partladıb.

Hücum zamanı 50-dən çox insan xəsarət alıb.

Bundan əvvəl Rusiyanın təhlükəsizlik xidməti Abror Azimovun Qırğızıstanda doğulmuş rusiyalı Akbarjon Cəlilovu təlimdən keçirdiyini iddia edib.

Lakin çərşənbə axşamı günü Moskvada keçirilən məhkəmə çıxışında, o, hücumda "bilavasitə" iştirak etmədiyini deyib.

O, hücumun təşkilatçılığına məsuliyyət daşıdığını heç zaman etiraf etmədiyini əlavə edib.

"Mən terror aktında iştirak etdiyimi dərk etmədim", o, bildirib.

"Mənə əmrlər verildi və mən onları yerinə yetirirdim".

Abror Azimov məhkəməyə evli və bir uşaq atası olduğunu bildirib, Vesti telekanalı deyib.

İstintaq işləri davam edir və onun barədə iyunun 3-nə qədər həbs qətimkan tədbiri seçilib.

Mobil telefon

Polis cənab Azimovu Akbarjon Cəlilovun telefon kontaktlarını nəzərdən keçirəndə tapıb, mənbələrə istinadən Kommersant qəzeti yazıb.

Cənab Azimov bazar ertəsi günü iki yeni mobil telefon və sim kart alıb. Lakin kartların birini aktivləşdirəndə yerini təhlükəsizlik xidmətlərinə məlum edib, Kommersant bildirib.

Rusiya mediası Azimovun 1990-cu ildə Qırğızıstanda doğulduğunu və 2008-ci ildə Rusiyaya köçdüyünü deyir.

Onun 2013-cü ildə Rusiya vətəndaşlığını aldığı deyilir.

Hücumla bağlı saxlanılan digər 8 şəxsin hamısı Mərkəzi Asiyadandır.

Fotonun müəllifi AFP
Image caption Partlayış iki metro stansiyası arasında baş verib

Əlaqəli mövzular

Bu barədə daha geniş