Qara dənizdə yük gəmisi batıb

Керченский пролив Fotonun müəllifi Getty Images

Qara dənizdə, Kerç boğazında "Arsenalın qəhrəmanları" adlı yük gəmisi batıb.

İlkin məlumatlara görə, gəmidə 12 nəfər olub. Onlardan beşinin tapıldığı deyilir, lakin onların vəziyyətləri barədə məlumat verilməyib. Digərləri axtarılır.

Yük gəmisi çərşənbə günü səhər tezdən Kerç boğazı ərazisində Krım radarlarından itib.

Hazırda həmin ərazidə 3,5 bal gücündə fırtına müşahidə olunur, Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi jurnalistlərə bildirib. Bundan əvvəl gəmi SOS siqnalı verib.

Krasnodar diyarının FHN-ı bildirib ki, gəmi Taman yaşayış məntəqəsindən təxminən 25 kilometr məsafədə batıb.

Bu zaman dənizdə dalğanın hündürlüyü 3 metr, küləyin sürəti saniyədə 20 metr olub. Hava şəraiti xilasetmə gəmilərinin işini çətinləşdirib. Gəmi tamamilə su altındadır.

Gəmi Panama bayrağı altında hərəkət edib.

Məlumata görə, gəmi Azov dənizindən Türkiyəyə taxıl daşıyırmış, İnterfaks yazır.