Erdoğan: Önəmli olan oyunu qazanmaqdır

Erdoğan Fotonun müəllifi CNN INTERNATIONAL

Prezident Recep Tayyib Erdoğan, CNN International televiziya kanalına verdiyi müsahibədə "Sandıqdan əgər diktator çıxar deyirsinizsə bu, sandıqdan çıxana zülm olur" deyib.

Anadolu Agentliyinə istinadən bazar günü keçirilən referendumunda seçicilərin 51,4 faizi hökumətin təklif etdiyi Konstitusiya dəyişiklərini dəstəkləyib.

"Mən futbolun daxilindən gəlirəm. 1:0 ya da 5:0 hesabı ilə qalib gəlmək önəmli deyil, önəmli olan oyunu qazanmaqdır", Türkiyə prezidenti deyib.

Recep Tayyip Erdoğanın sözlərinə görə Konstitusiya dəyişikliyi nəticəsində prezidentin səlahiyyətlərinin genişlənməsinə yönələn addımlar onu "diktatora çevirmir".

"Diktatorlarun başçılıq etdiyi sistem deyə bir şey yoxdur. Burada seçki var. Demokratiya öz hakimiyyətini xalqdan alır. Bu da milli iradədir", tək adamın hakimiyyəti barədə tənqidlərə cavab verərkən Erdoğan deyib.

"Gülenin qaytarılması mövzusunda ümidim var"

Referendumdan sonra beynəlxalq müşahidəçilər, həm referendum kampaniyasının qeyri-bərabər şəraitdə keçməsini, həm də səsvermə günü Yüksək Seçki Komissiyası (Yüksək Seçim Kurulu -YSK ) tərəfindən qəbul edilən qərarların qanunlara zidd olduğunu qeyd ediblər.

Avropa İttifaqı referendumun nəticələrinin nəzərdən keçirilməsinə səsləyib.

Referendumdan sonra ABŞ prezidenti Donald Trump-la telefon söhbəti barədə danışan Erdoğan deyib ki, Fethullah Gülenin qaytarılması mövzusunda ümidi var və bu ümidi "qorumaq istərdi".

Bu barədə daha geniş