Türkiyə: Seçki şurası müxalifətin müraciətlərini rədd edib

Kemal Kılıçdaroğlu

Türkiyənin Yüksək Seçki Şurası (YSK), 3 siyasi partiyanın 16 aprel konstitusiya referendumu nəticəsinin ləğv edilməsinə yönələn müraciətlərini rədd edib.

Referendumun qanunsuz olduğu iddiası ilə Cumhuriyət Xalq Partiyası (CHP), Xalqların Demokratik Partiyası (HDP) və Vətən Partiyası ayrı-ayrı müraciətlər təqdim etmişdilər.

Müraciətlərə YSK iclasında "edilən qiymətləndirmə nəticəsində" 10 şura üzvünün əlehinə və 1 üzvün lehinə səs verməsilə rədd etdiyini bildirib.

Bundan əvvəl öz mövqeyini bildirən müxalif CHP sədri Kemal Kılıçdaroğlu möhürsüz bülletenlərin qəbul edilməsinə etiraz yollarının kəsiləcəyi halda konstitusiya dəyişikliyini qeyri qanuni sayacağını bildirib.

Türkiyə Böyük Millət Məclisində BBC Türkcənin suallarına cavab verən Kemal Kılıcdaroğlu Yüksək Seçki Şurasının (Yüksek Seçim Kurulu) qərarına yönələn şikayətlərin nəticəsi olmasa, "edilən dəyişikliyi qeyri qanuni sayacağıq. Avropa İnsan Hüquqları Məhkəməsi var. Lazım olsa oraya qədər götürəcəyik", deyib.

Fotonun müəllifi AFP
Image caption "Xeyr" tərəfdarları referendum nəticəsi aydın olduqdan sonra etiraz aksiyaları keçiriblər

O, həmçinin YSK-nın qərarının Konstitusiya Məhkəməsinin müəyyən etdiyi qanunlara zidd olduğunu deyib: "Konstitusiya Məhkəməsinin ləğv qərarları var. Konstitusiya Məhkəməsi daha əvvəl verdiyi bir qərarı hansı səbəblə dəyişdirəcək?"

"Konstitusiya Məhkəməsi, bülletenlərin və zərflərinin möhürü olmadığı təqdirdə seçkinin ləğv edilməsi barədə qərar verib. Özü də 2014-ci ildə."

"İndi hansı səbəblə Konstitusiya Məhkəməsi qərarını dəyişdirəcək? Dəyişdirə bilməz. Eyni zamanda Yüksək Seçki Şurasının bəyanatı parlamentin iradəsinin üzərində ola bilməz".

CHP lideri bu səbəbdən YSK-nın qərarına qarşı geniş siyayi platformanın yaradılmasına çağırıb.

"Demokratiyanı birlikdə qoruamlıyıq, demokratiyanı birlikdə gücləndirməliyik", o deyib.

Bu barədə daha geniş