Trump İran nüvə sazişinin bir daha nəzərdən keçirilməsinə əmr verib

US Secretary of State Rex Tillerson attends a news conference after their negotiations with Russian Foreign Minister Sergei Lavrov (not pictured) in the Russian Foreign Ministry guest house in Moscow, Russia, 12 April 2017 Fotonun müəllifi EPA
Image caption Dövlət Katibi Rex Tillerson keçmiş prezident Barack Obama-nın dövründə əldə edilmiş İran nüvə sazişinin müzakirə ediləcəyini Congress-ə bildirib.

İranın bütün öhdəliklərini yerinə yetirməyə davam etməsindən asılı olmayaraq ABŞ prezidenti Donald Trump İran nüvə sazişinin bir daha nəzərdən keçirilməsinə əmr verib.

Dövlət Katibi Rex Tillerson keçmiş prezident Barack Obama-nın dövründə əldə edilmiş İran nüvə sazişinin müzakirə ediləcəyini Congress-ə bildirib.

Məktubda İranın qarşısına qoyulmuş öhdəlikləri yerinə yetirdiyi qəbul edilsə də dövlət katibi İranın "terrora dəstək" olduğunu barədə narahatlığını vurğulayıb.

Cənab Trump sazişi "tarixdə ən pis razılıq" adlandırıb.

Lakin onun sələfi Barack Obama İran və 6 dünya qüvvəsi olan ölkələr arasında əldə edilən sazişi İranın nüvə silahına malik olmasının qarşısını almaq üçün ən yaxşı yol olduğunu demişdi.

İrana qarşı sanksiyalar Beynəlxalq Atom Enerji Agentliyinin (İAEA) ölkənin həssas nüvə fəaliyyətlərinə son qoyduğunu təsdiqlədikdən sonra qaldırılıb.

Bu ilin yanvar ayında, razılıqdan bir il sonra cənab Obama İranın uran ehtiyatlarının 98 faiz azaldığını qeyd etmişdi.

İran həmçinin uranın zənginləşdirilməsi üçün istifadə edilə bilən sentrifuqalarının üçdə ikisinin fəaliyyətini dayandırıb.

"Prezident Donald Trump İrana qarşı sanksiyaların ləğvinə dair sazişin nəzərdən keçirilməsinə əmr edib", cənab Tillerson deyib.

Dövlət katibi əlavə edib ki, İran "bir çox üsuldan və platformadan istifadə edərək hələ də terrora sponsorluq edən aparıcı dövlətlərdən biridir".

Əlaqəli mövzular

Bu barədə daha geniş