Sankt-Peterburq hücumuna "əmr verən şəxs müəyyənləşdirilib"

Yaralı Fotonun müəllifi Getty Images
Image caption Peterburq metrosunda baş vermiş partlayışda 15 nəfər ölüb, 50 dən çox insan xəsarət alıb.

Aprel ayının əvvəlində Sankt-Peterburq metrosunda hücumun keçirilməsinə əmr verən şəxs müəyyənləşdirilib, Rusiyanını Federal Təhqiqatlar Xidmətinin (FTX) direktoru Aleksandr Bortnikov bildirib.

Lakin o, bu şəxs barədə məlumat verməyib.

"Praktiki olaraq müəyyənləşib. Bəli, bəli müəyyənləşib", - Bortnikov jurnalistlərin suallarına cavabında deyib.

"Rəsmən təqdim edilən hər şey terrorçuların Sankt Peterburq metrosunda baş verən bu aktı həyata keçirdiklərini göstərir. Tədricən sizi məlumatlandıracağıq", - FTB rəhbəri deyib.

"Texnologiya İnstitutu" və "Sennaya" stansiyaları

Aprelin 3-ü Rusiya Prezidenti Vladimir Putinin Sankt Peterburqa ziyarəti vaxtı "Texnologiya İnstitutu" və "Sennaya" stansiyaları arasında hərəkət edən qatarın 3-cü vaqonunda intiharçı bomba partlayışı baş verib.

Nəticədə 15 nəfər həlak olub və onlarla insan xəsarət alıb.

Fotonun müəllifi Alexei Druzhinin/TASS
Image caption Bortnikov terror aktının həyata keçirilməsinə əmr verən şəxsin adını açıqlamayıb.

İstintaq terror aktını həyata keçirənin Qırğızıstanda doğulmuş 1995-ci il təvəllüdlü Rusiya vətəndaşı Akbarjon Cəlilovun olduğunu bildirir.

Çərşənbə axşamı günü FTX metro hücumunun təşkilatçılarından birinin Moskva vilayətinin Odintsovski rayonunda saxlanıldığını bəyan edib. 1990-cı il təvəllüdlü Abror Azimov Akbarjon Cəlilovu hücumu hazırlamaqla təqsirləndirib.

Çərşənbə günü Moskvanını Basmannaya məhkəməsi Abror Azimov barədə iyunun 3-nə qədər həbs qətimkan tədbiri seçib. Məhkəmədə çıxışında, o, hadisədə birbaşa iştirakı olmadığını deyib.

Lakin o, ona "verilən əmrləri yerinə yetirirdim" deyərək, terror aktında iştirakını dərk etmədiyini bildirib.

Eyni gün, onun qardaşı 1988-ci il təvəllüdlü Əkrəm Azimov Novaya Moskva ərazisində saxlanılıb. Bundan əvvəl onun qohumları Əkrəmin Rusiyaya ekstradisiya üçün Qırğızıstanın Oş şəhərində həbs edildiyini deyiblər.

"Birdən Moskvada ortaya çıxdı"

Cümə axşamı günü RİA Novosti anonim mənbəyə istinadən Əkrəm Azimovun Moskvada yerləşən bağ evinə yollandığını xəbər verib.

Öz növbəsində Azimov qardaşlarının qohumları Əkrəmin Oş şəhərinin xəstəxanasında əməliyyata hazırlaşarkən saxlandığını deyiblər.

Şübhəlilərin anası Vəzirə Azimova cümə axşamı günü İnterfaks xəbər agentliyinə bildirib ki, Əkrəm Azimov xəstəxanadan qaçırdılıb. O, bildirib ki, Əkrəm aprelin 14-ü xəstəxanada əməliyyatdan keçib.

Lakin növbəti gün hüquq-mühafizə orqanlarının əməkdaşları onu əlləri qandallı şəkildə xəstəxanadan aparıb.

"Eyni gün, aprelin 15-i mən Əkrəmi xəstəxanada görməyə getdim, amma mənə orda bildirdilər ki, oğlumu Milli Təhlükəsizlik Komitəsinin Oş idarəsinin işçiləri özləri ilə aparıb. Mən ora vəkillə getdim amma idarədə mənə heç nə demədilər. Bir neçə gün sonra oğlum birdən Moskvada ortaya çıxdı", İnterfaks şübhəlinin anasına istinadən bildirir.

"Onda bilet üçün pul yox idi, pasportu yox idi. Bu açıq aydın bir uydurmadır. Mən ədalət tələb edirəm", o, deyib.

Əkrəm Azimovun Oş xəstəxanasından Moskvanın Vnukovo aeroportu yaxınlığına əli qumbaralı necə gəldiyini nə Qırğızıstan nə də ki, Rusiyanını xüsusi xidmətləri açıqlamayıb.

Rüsiyanın təhlükəsizlik işçiləri, Əkrəm Azimovun teror aktına hazırlıqlara maddi dəstək göstərdiyini iddia edirlər. O həmçinin "beynəlxalq teror təşkilatlarının təmsilçiləri ilə əlaqə" təşkil etməklə təqsirləndirilir.

Əkrəm Azimovun işinə cümə axşamı günü Basmannaya məhkəməsində baxılacaq.

Əlaqəli mövzular

Bu barədə daha geniş