İran: Mahmud Əhmədinejad prezident seçkilərinə buraxılmaylb

Mahmud Əhmədinejad Fotonun müəllifi Reuters
Image caption Mahmud Əhmədinejad İranın dini liderinin tövsiyyələrinə baxmayaraq namizədliyini irəli sürüb İranın dini liderinin tövsiyyələrinə baxmayaraq namizədliyini irəli sürüb

İranda 6 namizədin prezident seçkilərində iştirakı təsdiqlənib.

Onların arasında hazırki prezident Həsən Ruhani və mühafizəkarlar düşərgəsinin liderlərindən biri İbrahim Rəisi də var.

İranın keçmiş lideri Mahmud Əhmədinejad isə seçkilərə buraxılmayıb.

Hökumət tərəfindən idarə olunan Konstitusiyaya Nəzarət Şurası anoloji qərarı onun müttəfiqi Həmid Bəhai barədə də qəbul edib.

Mayın 19-da keçiriləcək prezident seçkilərində iştirak edəcək namizədlərin yekun siyahısı aprelin 27-də açıqlanacaq.

Məlumata görə, 1600 nəfər seçkilərdə iştirak etmək üçün müraciət edib.

Mühafizəkar ruhani İbrahim Raisi isə güzəştə getmək istəməyən bir nüfuzu var.

İranın ruhani lideri Ayətullah Əli Xameneyinin onu dəstəklədiyi bildirilir.

Fotonun müəllifi EPA
Image caption Həsən Ruhani nüvə razılaşmasını prezidentliyinin başlıca uğuru sayır

2013-ci ildə prezident seçilən Həsən Ruhani ölkəni beynəlxalq təcriddən xilas edəcəyini və azad cəmiyyət yaradacağını vəd etmişdi.

İki il sonra İran dünyanın 6 güclü ölkəsi ilə tarixi saziş imzaladı. Sazişə əsasən İran iqtisadi sanksiyaların ləğv edilməsi qarşılığında nüvə proqramını qismən məhdudlaşdırmağa razılıq verib.

2005-2013-cü il ərzində ölkəyə başçılıq edən Mahmud Əhmədinejadın hazırkı seçkilərdə iştirak etməsi gözlənilməz olub.

"Bu addım onun və ölkənin maraqlarına uyğun deyil", deyə ötən il Ayətullah Əli Xameneyi bildirmişdi.

Konstitusiyaya Nəzarət Şurası üzvlərinin yarısını Ayətullah təyin edir.

Həsən Ruhaninin və İbrahim Raisinin seçki kampaniyasında ölkənin iqtisadi vəziyyətinə, həmçinin nüvə razılaşmasına xüsusi diqqət ayıracaqları gözlənilir.

Seçkilərdə iştirakı təsdiqlənən namizədlər arasında Tehran meri və İranın vitse-prezidenti də var.

Əlaqəli mövzular

Bu barədə daha geniş