AŞPA deputatları Pedro Aqramuntun istefasını tələb ediblər

AŞPA sədri Pedro Agramunt Fransa prezidenti ilə Fotonun müəllifi Getty Images
Image caption AŞPA sədri Pedro Aqramunt (sağda) Fransa prezidenti ilə görüşdə

Bu gün Avropa Şurası Parlament Assambleyasının yaz sessiyasının ilk iclasında AŞPA prezidenti və Azərbaycan üzrə keçmiş həmməruzəçi Pedro Aqramuntun mart ayında Suriyaya səfərinə görə istefası tələb edilib.

İclasa başlayarkən, Pedro Aqramunt mart ayında Suriyaya "İspaniya senatoru kimi" səfərinə görə tənqidləri qeyd edərək, səfərinin "səhv" odluğunu etiraf edib.

Tənqidləri gözləmədiyini deyən AŞPA prezidenti, AŞPA-ya səfəri barədə qabaqcadan məlumat vermədiyinə görə üzr istəyib və səfərinin "bəzi Rusiya media qurumları və deputatları" tərəfindən "manipulyasiya" edildiyini iddia edib.

Cənab Aqramunt Suriya prezidenti Bəşər əl-Əsədi tənqid etsə də, Suriya hökuməti ilə "dialoqun tərəfdarı" olduğunu vurğulayıb.

Avropa Xalqlar Partiyası qrupunun sədri Axel Fischer AŞPA prezidentinə sualında deyib: "Siz məsuliyyətsiz hərəkətinizə görə assambleya tərəfindən sorğulanmanıza razısınızmı?"

Əvvəlcə sualları AŞPA Bürosunun iclasında keçirməyi təklif edən cənab Aqramunt, buna etiraz edən və dinlənmənin Assambleyada keçirilməsini tələb edən çıxışların təzyiqi altında dinlənilməyə razılaşıb.

AŞPA Bürosu Assambleya prezidenti, 20 vitse-prezident, siyasi qrupların sədrləri və AŞPA komitələrinin sədrlərindən ibarət olan qurumdur. Onun vəzifələri AŞPA sessiyalarının gündəmini və AŞPA-nın gündəlik iş cədvəlini müəyyənləşdirməkdir.

Lakin cənab Aqramuntun güzəştinə baxmadan, bir çox deputatlar onun dinlənmə keçirilənə qədər sədrliyinə etiraz edib, onun dərhal istefa verməsini tələb ediblər.

Öz növbəsində Birləşmiş Krallıq nümayəndə heyətinin sədri, mühafizəkar Sir Roger Gale, Pedro Aqramunta bu barədə əvvəl xəbərdarlıq edildiyini xartırladaraq deyib ki, "mən sizə dərin kədərlə deməliyəm ki, sizin vəzifəniz artıq müdafiə edilməz vəziyyətdədir".

Bu an 10 dəqiqəlik fasilə elan edən prezident, iclasa qayıtmayıb. Onu əvəzləyən Sir Roger Gale, Pedro Aqramuntun növbəti günə təyin edilmiş dinləmələr keçirilənəcən assambleyaya sədrlik etməyəcəyini bildirib.

Bu barədə daha geniş