Dağıstan məktəbində qumbara partlayışında bir nəfər ölüb

Граната Fotonun müəllifi PA/TASS

Dağıstanın Aqvali kəndində yerləşən məktəbin kompüter otağında qumbara partlaması nəticəsində ən azı bir yeniyetmə ölüb və 8-i xəsarət alıb, BBC Rusca xidmətinə Dağıstanın Daxili İşlər və Səhiyyə nazirlikləri bildirib.

Dağıstan Səhiyyə Nazirliyi BBC Ruscaya partlayışda ümumiyyətlə 9 nəfərin xəsarət aldığını deyib.

Şagirdlərdən biri xəstəxanaya koma vəziyyətində çatdırıldıqdan sonra aldığı xəsarətlərin ağırlığına görə həyatını itirib.

Xəsarət alan gənclərdən biri isə artıq xəstəxanadan buraxılıb. Lakin 3 nəfər ağır vəziyyətdədir və reanimasiyaya yerləşdirliblər.

Dağıstan respublikasının Səhiyyə Nazirliyi xəstəxanya yerləşdirilən yeniyetmələrin aldıqları xəsarətlərin xüsusiyyətləri barədə daha ətraflı məlumat verə bilməyib.

Dağıstan Daxili İşlər nazirliyi BBC Ruscaya bildirib ki, partlayış qumbara ilə diqqətsizliklə əlləşdirilməsi nəticəsində baş verib.

Bundan əvvəl Rusiya KİV-ləri qumbaranın otağa 6-cı sinif şaqirdi tərəfindən atıldığı iddia edilib. Onun saxlanıldığı deyilir, lakin daxili işlər nazirliyi bu məlumati hələ ki, təsdiqləməyib.

Əlaqəli mövzular

Bu barədə daha geniş