Türkiyə 9 mindən çox polis "Gülenlə əlaqələrə" görə işdən uzaqlaşdırıb

member of Turkish police escort Gulen members Fotonun müəllifi EPA
Image caption Polis Gülen hərəkatı üzvləri iddia edilən şəxsləri saxlayıb

Türkiyədə 9 mindən çox polis zabiti ABŞ-da mənzillənən Fethullah Gülenlə əlaqə iddiası ilə işlərindən uzaqlaşdırılıb.

Polis, bu addımı milli təhlükəsizliyi təmin etmək üçün atdığını deyib.

Prezident Recep Tayyip Erdoğan Türkiyədə keçən il baş vermiş çevriliş cəhdinin arxasında Fethullah Gülenin olduğunu iddia edir. Cənab Gülen isə bu iddiaları rədd edir.

Bundan başqa çərşənbə günü hakimiyyət mindən çox insanı Fethullah Gülenə əlaqələri olduğu iddiası ilə həbs edib.

Genişmiqyaslı əməliyyat, Türkiyədə son bir neçə ay ərzində həyata keçirilmiş ilk bənzər tədbirdir.

Çərşənbə günü saxlanılan 1009 nəfərdən başqa, Türkiyə üzrə 3224 nəfərin də həbsinə göstəriş verildiyi bildirilir.

Türkiyə Daxili İşlər Naziri Süleyman Soylu polis reydlərinin "bizim polis qüvvəmizi filtrasiya edən məhrəm imamlar adlı" Gülen hərəkatı şəbəkəsinə qarşı yönəldiyini deyib.

Türkiyədə keçən il iyul ayının 15-də hərbi çevriliş cəhdindən sonra əməliyyatlarda 40 min nəfər saxlanılmışdı və 120 min insan işlərindən uzaqlaşdırılmışdı.

Onların arasında polis zabitləri, müəllimlər, dövlət qulluqçuları və jurnalistlər də var idi. Hökumət onların silahlı qruplaşmalarla əlaqələri olduğu iddia edir.

Əlaqəli mövzular

Bu barədə daha geniş