Merkel: Türkiyə referendum tənqidlərinə cavab verməlidir

Angela Merkel Fotonun müəllifi EPA

Almaniya kansleri son günlərdə Türkiyənin Almaniya və Avropa İttifaqı ilə əlaqələrinin kəskin şəkildə gərginləşdiyini bildirib.

Angela Merkel bu barədə Almaniya parlamentində çıxış edərkən danışıb.

O, Türkiyə hakimiyyətini prezident səlahiyyətlərinin genişləndirilməsilə bağlı referendum barədə müstəqil müşahidəçilərin tənqidinə cavab verməyə səsləyib.

Angela Merkel Türkiyə ilə konstruktiv dialoqun bərpası üçün Almaniya və Aİ tərəfindən səylərin davam etdirildiyini bildirib.


Daha ətraflı oxuyun:


Xanım Merkel həmçinin Türkiyədə saxlanılan Alman və Türkiyə jurnalistinin məsələsinə toxunub.

Onun sözlərinə görə Deniz Yucel-ə dair rəftar hüquqi dövlət standartlarına cavab vermir.

16 apreldə keçirilən referendumdan əvvəl həbs edilmiş jurnalist "terrorçu təbliğatı aparmaqda" ittiham olunur. Deniz Yucel prezident Recep Tayyip Erdoğan-ın kürəkəninə aid olunduğu deyilən e-maillər barədə məlumat yayan jurnalistlərdən biridir.

Avropa liderləri 16 apreldə keçirilən Türkiyə referendumu ardınca bu ölkədə demokratiyanın gələcəyindən narahatlıq ifadə ediblər.

Türkiyə rəsmiləri deyir ki, referendumla bağlı tənqidlər əsassızdır və yeniliklər siyasi sistemin sabitləşdirilməsinə xidmət edir.

Yerli müxalifət səsvermənin nəticələrinə qarşı iddia qaldıracağını deyib.

Beynəlxalq müşahidəçilər, həm referendum kampaniyasının qeyri-bərabər şəraitdə keçməsini, həm də səsvermə günü seçkiləri idarə edən dövlət qurumu tərəfindən verilmiş qərarların qanuniliyini sual altına alıblar.

Bu barədə daha geniş