Prokuror kilsədə pokemon tutana 3,5 il həbs cəzası tələb edib

Руслан Соколовский Fotonun müəllifi Donat Sorokin/TASS

Rusiyanın Yekaterinburq şəhərində prokuror bir kilsədə pokemon tutmağa cəhd edən video bloqer Ruslan Sokolovskinin azadlıqdan 3 il yarım məhrum edilməsini tələb edib.

Prokuror onu inanclıların hisslərini təhqir etmək, nifrəti təhrik etmək və xüsusi texniki vasitələrin qanunsuz dövriyyəsində ittiham edib.

Məhkəmə iclasında bloqer ittihamları təkzib edib. İşlə bağlı hökm mayın 11-də veriləcək.

2016-cı ilin avqust ayında Sokolovskinin internetə yerləşdirdiyi videoların birində Yekaterinburqun mərkəzində yerləşən Xrame-na-Krovi kilsəsində Pokemon Go oyununu oynadığı görünür. Digər videolarda o, Rus pravoslav kiləsini və Rusiya cəmiyyətinin dindarlaşmasını tənqid edib.


Həmçinin oxuyun:


Bloqeri keçən ilin sentyabr ayında inanclıların hisslərini təhqir etməkdə ittiham edərək saxlayıblar.

Ona qarşı ittihamlar, kilsədə Pokemon Go oynaması da daxil olmaqla 9 videonun təhqiqatı üzrə irəli sürülüb.

İstintaq zamanı Sokolovski iki dəfə istintaq təcridxanasında saxlanılıb, lakin hər iki halda müdafiə vəkillərinin bunu ev həsbi ilə əvəzləmək imkanı olub.

Fotonun müəllifi Ria novosti
Image caption Çəkdiyi videolardan birində Sokolovskinin kilsədə Pokemon Go oyunun oynayır.

Yekaterinburqun Xrame-na-Krove kilsəsi Rusiyada ən böyük pravoslav kilsələrindən biridir. Kilsə Rusiya imperiyasının sonuncu çarı II-ci Nikolay və onun ailəsinin 1918-ci ildə güllələndiyi yerdə tikilib.

Niantic şirkəti tərəfindən hazırlanan Pokemon Go oyunu 2016-cı ilin iyul ayında buraxılıb və populyarlaşıb.

Oyun mobil telefonun kamerasından istifadə edir və pokemon adlı bədheybətləri kameranın göstərdiyi səhnədə göstərir. Oyunda məqsəd bu pokemonları tutub yığmaqdır.

Əlaqəli mövzular

Bu barədə daha geniş