Türkiyədə Wikipedia saytına giriş məhdudiyyəti

Wiki Fotonun müəllifi Getty Images

Türkiyə hakimiyyəti ölkə ərazisində Wikipedia saytının bütün resurslarına girişi bloklayıb, internet monitorinqi üzrə Turkey Blocks qrupu bildirir.

Məhdudiyyət şənbə günü tətbiq olunmağa başlayıb.

CNN Türk kanalına əsasən müvafiq qərar İnformasiya Texnologiyaları və Rabitə Şurası tərəfindən qəbul olunub.

Bloklanmanın səbəbləri barədə məlumat verilmir.

Aprelin 17-də ingilis dilli Wikipedia-da prezident Recep Tayyip Erdoğan haqqında məqalənin mətninin dəyişdirildiyi məlum olub.

"Recep Tayyip Erdoğan 2014-cü ildən prezident vəzifəsini tutan türk diktatorudur", - naməlum müəllifin əlavə etdiyi mətndə deyilir.


Təhlil: Mark Lowen, BBC-nin Türkiyə müxbiri

Bunların hamısı olduqca tanış haldır: internetə girməyə cəhd edənlər "yüklənir" və "server vaxtı sona çatdı" messajına rast gəlir.

Websaytların bloklanması Türkiyə hakimiyyətinin adi üsullarındandır və bunun acısını dəfələrlə Twitter, Facebook və YouTube platformaları çəkib. Eynilə bloklanma ilə hökuməti tənqid edən saytlar da üzləşir.

Tənqidçilər deyir ki, bu Türkiyədə ifadə azadlığına təzyiqin təzahürüdür.

Məzmunun yığışdırılması ilə bağlı Twitter şəbəkəsinə daxil olan müraciətlərin yarısından çoxunun ünvanı Türkiyədir.

Sərhədsiz Reportyorlar qrupunun mətbuat azadlığı reytinqində Türkiyə 180 ölkə arasında 155-ci yeri tutur.


Aprelin 16-da keçirilən Konstitusiya referendumunda Türkiyə prezidentinin səlahiyyətləri genişləndirilib.

Hazırda Wikipedianın bütün dil resurslarına giriş bağlı qalır.

Bundan əvvəl Twitter, Facebook və WhatsApp saytlarına da giriş məhdudiyyətləri tətbiq olunub.

Bu barədə daha geniş