İstanbul: 1 may nümayişində 207 nəfər saxlanıb

Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil
İstanbulda keçirilən 1 may numayişində yüzlərlə insan saxlanılıb

İstanbulda 1 may Beynəlxalq Əmək Gününü qeyd edən nümayişçilərin Taksim meydanına yürüşü minlərlə polis tərəfindən dayandırlıb.

Səhər saat 5-dən etibarən polis, Taksim meydanına gedən yolları kəsib. 1 may günü şəhərdə ümumiyyətlə 30 min polis işçisi vəzifə başında olub.

Taksim meydanı baryerlərlə bağlanıb və bir çox nəqliyyat yolları kəsilib.

Fotonun müəllifi Getty Images
Image caption Taksimə gedən nümayişçilər Beşiktaşda saxlanılıblar
Fotonun müəllifi Getty Images
Image caption İstanbul şəhərinin mərkəzində bir çox yollar polis tərəfindən bağlanılıb

İstanbul Valiliyi yerli vaxtla saat 13:38-dən etibarən 207 nəfərin saxlandığını deyib.

Valilik polis təhlükəsizlik əməliyyatında 40 molotov kokteylinin, 17 əl bombasının və 176 fişəngin aşkar edildiyini deyib.

Fotonun müəllifi Getty Images
Fotonun müəllifi DHA
Fotonun müəllifi DHA
Image caption Ankarada 10 oktyabr 2015-də keçirilən sülh aksiyasında baş verən hücumda həyatlarını itirənlərin xatirələri qırmızı qərənfillərlə yad edilib

Əlaqəli mövzular

Bu barədə daha geniş