Rusiyalıların 2/3-ü Putinin yenidən seçilməsini, Medvedevin isə istefasını istəyir - sorğu

Россияне голосуют Fotonun müəllifi Getty Images
Image caption Dmirti Medvedevin mətbuat katibi sorğunun "siyasi sifariş" əsasında hazırlandığını iddia edib.

Rusiyada keçirilən sorğu iştirakçılarının az qala üçdə ikisi 2018-ci ildəki seçkilərdə Putinin yenidən seçilməsini istərdi, Levada Mərkəzinin sorğusunda məlum olub.

Vladimir Putin hələlik növbəti prezidentlik müddətilə bağlı planlarını açıqlamayıb.

Bundan əvvəlki sosioloji araşdırmaya qatılanların yarısı baş nazir Dmitri Medvedevin istefaya çıxmasını dəstəkləyib.

Baş nazirin mətbuat katibi sorğunun "siyasi sifariş" əsasında hazırlandığını iddia edib.

Sonuncu rəy sorğusunda iştirak edənlərin 64 faizi Vladimir Putinin yenidən prezident kürsüsündə görmək istədiyini deyib. Onun başqa şəxslə əvəzlənməsini 22 faiz istəyir. Daha 14 faiz bu suala cavab verməyə çətinlik çəkdiyini bildirib.

Respondentlərə "Seçkilərin bazar günü keçiriləcəyi təqdirdə kimə səs verərdiniz?" sualı da verilib. Məlum olub ki, Vladimir Putinə dəstək cəmi 48 faiz təşkil edir və əksəriyyət seçimini hələ müəyyən etməyib. Respondentlərin 19 faizi hansı namizədə dəstək verəcəyini bilmir, daha 13 faiz isə seçkilərə qatılmayacağını deyib.

Səs verənlərin 83 faizi Putini dəstəkləyəcəyini deyib. Vladimir Jirinovski, Sergey Şoyqu, Gennadi Zyuqanov və Aleksey Navalnının reytinqləri 5 faiz ətrafındadır.

Levada Mərkəzində hesab edirlər ki, baş nazirin reytinqinin düşməsi Dmitri Medvedevin korrupsiyada əli olduğu barədə şübhələri əks etdirən Aleksey Navalnının filmilə bağlı ola bilər.

Baş nazirin mətbuat katibi sorğunun "siyasi sifariş" əsasında hazırlandığını iddia edib.

İttihamları rədd edən Levada Mərkəzi üzr istəməsini tələb edib.

Sorğu martın 31-də 48 bölgədə keçirilib. Onun suallarına 18 yaşından yuxarı olan 1600 cavab verib. Sorğunun statistik qüsuru 3,4 faizi keçmir.

Əlaqəli mövzular