Prezident Erdoğan yenidən AKP üzvüdür

Başbakan Yardımcısı ve Hükümet Sözcüsü Numan Kurtulmuş Fotonun müəllifi DHA
Image caption Numan Kurtulmuş "mayın 21-də AKP böyük konqresinin hazırlıqları üçün start verilmişdir. Xeyirli olmasını arzu edirəm"

Baş nazirin köməkçisi, hökumət sözcüsü Numan Kurtulmuş prezident Recep Tayyip Erdoğanın mayın 21-də Ədalət və İnkişaf Partiyasının (AKP) konqresində partiyanın sədri seçiləcəyini bəyan edib.

Numan Kurtulmuş Çankaya iqamətgahında baş nazir Binali Yıldırımın sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin toplantısından sonra jurnalistlərin sualını cavablandırıb. Kurtulmuş 16 apreldə keçirilən referendumda ən önəmli qərarlardan birinin prezidentin partiya ilə münasibətlərinin kəsilməməsi olduğunu söyləyib.

"Bu vəziyyətdə cənab prezidentin qurucusu və lideri olduğu AKP-yə keçməsiylə bağlı proseslərə başlanılıb," deyən Kurtulmuş fikrilərini belə davam etdirib.

"Mayın 21-də AKP-nin böyük konqresinin hazırlıqları üçün düyməyə basılmışdır. Xeyirli olmasını arzu edirəm. Saat birdə AKP-nin baş qərargahında cənab prezidentin ilk əvvəl partiyaya yenidən üzv olmasıyla bağlı bir toplantı keçiriləcək və beləliklə bu müddət tamamlanacaq. Bununla da Türkiyə yeni idarəetmə modelinə lazım olan addımlardan birini atmış olacaq. Cənab prezidentin partiyaya qayıdışı və konqresdə lider seçilməsiylə birlikdə AKP heyətində böyük bir canlanma ortaya çıxacaq. Türkiyədə AKP seçicilərinin bu müddətdə hərəkətə gələcəklərini bir daha ifadə etmək istərdim."

Fotonun müəllifi AFP
Image caption Prezident Recep Tayyip Erdoğanın bugün yeniden AKP-yə üzv olması gözlənilir

"Bütün partiyalara qapımız açıqdır'

Baş nazirin köməkçisi Numan Kurtulmuş sürətli bir şəkildə yeni idarəetmə sisteminə lazım olan uyğun qanunlarla bağlı addımlar atılacağını söyləyib.

Kurtulmuş "Daha əvvəl də deyildiyi kimi, Türkiyə Böyük Millət Məclisində uyğun qanunların çıxarılması müddətində Məclisdəki partiyalarla sıx bir şəkildə iş birliyi və dialoqu çərçivəsində Türkiyənin xeyrinə olacaq yeni idarəetmə modelinə lazım olan bütün uyğun qanunları ən gözəl şəkildə razılıq şəraitində qəbul etmək üçün cəhd edəciyik. Bu baxımdan da bütün partiyalara qapımızın açıq olduğunu bildirmək istəyirəm," deyib.

"Bu gündən etibarən kabinet məsələsi müzakirə olunmur"

Kurtulmuş Nazirlər Kabinetinin iclasından əvvəl baş nazirin kabinet üzvlərini və xanımlarını qəbul etməsinə dair kulislərdə fərqli münasibətlərin olduğunu söyləyərək, bunu kabinetin yenidən nəzərdən keçirilməsi gözləntisinin nəticəsi olaraq dəyərləndirilib-dəyərləndirilməyəcəyinə dair belə münasibət bildirib:

"Xeyr, bu belə dəyərləndirilə bilməz. Cənab Baş Nazir ilk dəfədir nazirlərə xanımlarla birgə yemək verir. Daha əvvəl başqa səbəbdən xanımlarımızla birlikdə toplaşdıq. Bir ailə olaraq çox səmimi söhbət və dostluq icində olan bu toplatılarda bir araya gəlmişik. Bu axşam da belə oldu. Son dərəcə səmimi, son dərəcə mehriban bir ailə ortamında nazir həmkarlarımızla birlikdə bu toplantıda yer aldıq."

"Siyasətə lazım olan vəziyyət ortaya çıxdığında Nazirlər Kabineti versiyası gündəmə gələ bilər, amma bu gün belə bir versiya yoxdur."

"ABŞ və Rusiya qanuni qüvvələr üzərindən ittifaqlarını inkişaf etdirirlər"

Mətbuat konfransında Numan Kurtulmuş Türk Silahlı Qüvvələrinin keçən həftə İraqın Şengal və Suriyanın Karaçok ərazilərində təşkil etdiyi hava hücumları ilə bağlı sualları da cavablandırıb.

"Türkiyə bu hücumları söhbət olsun deyə həyata keçirmir", deyən Kurtulmuş bunları söyləyib:

"Hardasa terror qruplarının cənnəti halına gəlmiş bu bölgələrdə ABŞ və Rusiya kimi dost və müttəfiqimiz olan ölkələlərə bir daha bunu tövsiyyə edirik; Suriya və İraqın torpaq bütövlüyünü qorumaq bu ərazidəki siyasi gələcəyin, bölgə sülhünün ən vacib ünsürlərindən biridir. Bu bölgədə, bu ərazidə ABŞ və Rusiya qanuni qüvvələr üzərindən ittifaqlarını inkişaf etdirirlər."

"Dolayısı ilə oradakı hər hansı bir terror qrupuyla və hətta Türkiyəyə qarşı fəaliyyətdə olan terror qrupuyla dostlarımızın və müttəfiqlərimizin görüntü verməsinin çox sıx olmadığını, Türkiyənin çox xoşuna gələn bir vəziyyətin olmadığını bir daha ifadə etmək istərdim."

Bu barədə daha geniş