Türkiyə: inflyasiya son 9 ilin maksimumuna çatıb

Türkiye'de market Fotonun müəllifi AFP

Türkiyədə aprel ayında 11,87 faiz təşkil edən illik inflyasiya 2008-ci ilin oktyabr ayından bəri ən yüksək səviyyəsinə çatıb.

Türkiyə statistika komitəsinin (TÜİK) məlumatına görə istehlakçı qiymət indeksi 1,31 faiz olub.

Bu bazardakı gözləntilər çərçivəsindədir.

Beləki, daha əvvəlki iqtisadi proqnozda bu rəqəmin 1,30 olacağı ehtimal edilirdi.

İnflyasiya nəticəsində ən böyük qiymət artımı spirtli içkilər, tütün, ərzaq malları və nəqliyyat sahəsində müşahidə olunub.

Beynəlxalq Valyuta Fondu (BVF) Türkiyədəki ortalama inflyasiyanın 2017-də ildə 10,1 faiz səviyyəsində olacağını proqnoz edib.

Türkiyənin Mərkəzi Bankının sonuncu hesabatında iflyasiyanın 8-dən 8,5 faizədək artacağı bildirilir.

Əlaqəli mövzular

Bu barədə daha geniş