Aleksey Navalnı: Məhkəmə müxalifətçiyə kəsilən 5 illik cəza hökmünü qüvvədə saxlayıb

Photo of Navalny Fotonun müəllifi @navalny
Image caption Bu yaxınlarda Navalnının sifətinə "zelyonka" antiseptik məhlulu atıldıqdan sonra, "kimyəvi yanıq" nəticəsində bir gözünün görmə qabiliyyəti zəifləyib.

Çərşənbə axşamı günü Rusiya məhkəməsi müxalifətçi Aleksey Navalnıya kəsilmiş şərti həbs cəza hökmünü qüvvədə saxlayıb.

Təkrar proses bundan əvvəlki hökmün Avropa İnsan Haqları Məhkəməsi tərəfindən ləğv olunmasını ilə bağlı keçirilib.

Navalnı bildirib ki, təkrar hökm çıxarılmasının məqəsdi, gələn il prezident seçkilərində onun namizəd qismində iştirakının qarşısını almaqdan ibarətdir.

Müxalifətçinin təbirincə, bu yaxınlarda onun sifətinə "zelyonka" antiseptik məhlulu atıldıqdan sonra, "kimyəvi yanıq" nəticəsində bir gözünün görmə qabiliyyəti 80% zəifləyib.

Navalnı və onun tərəfdarları bəyan ediblər ki, məhkəmə hökmü onun seçkidə iştirakının qarşısını ala bilməyəcək.

O xatırladıb kı, keçmişdə seçkiyə namizəd kimi qatılmaq hüququndan konstitusiya ilə yalnız həbsxana dustaqları məhrum edilib.

Rusiyada korrupsiya əleyhinə kampaniya təşkil etməklə məşhurlaşmış Aleksey Navalnı prezident Putinin ən sərt tənqidçilərindən biridir.

Kirov məhkəməsi Navalnını Kirovles dövlət taxta şirkətində iri məbləğdə maliyyə fırıldaqçılığına yol verməkdə ittiham edərək ona şərti olaraq 5 il həbs cəzası kəsib.

Avropa İnsan Haqları Məhkəməsinin göstərişinə əsasən, hökmə yenidən baxılsa da, Rusiya məhkəməsi Navalnıya qarşı təkrarən cəza hökmü çıxarıb.

Bu barədə daha geniş