Rusiyada geylərə “hipnozla” sağalmaq təklif edilir

Peresvetov Fotonun müəllifi INSTAGRAM.COM/XCV_CHURCH
Image caption Rusiyalı keşiş Peresvetov, dinin homoseksuallığı müalicə etdiyi iddiasındadır

Rusiyada bəzi psixoterapevtlər və din adamları, homoseksualları "müalicə edə bildiklərini" iddia edib fərqli üsullar məsləhət görürlər.

Çeçenistanda homoseksualların yaşadığı əziyyətlər ortaya çıxdıqdan sonra, BBC Rus Xidməti, apardığı xəbər araşdırması zamanı bu cür "müalicələrlə" qarşılaşıb.

Almaniya kansleri Angela Merkel, Rusiya dövlət başçısı Vladimir Putinə Çeçenistandakı xəbərlərə istinadən "azlıqların haqlarının qorunması naminə, səlahiyyətlərini hərəkətə keçir" çağırışı edib.

Homoseksuallıq Rusiyada rəsmi olaraq əqli xəstəlik kimi qəbul olunmur. Ancaq, təkcə Çeçenistanda yox, Rusiyada da homofobiya geniş yayılıb.

Rusiya homoseksuallığı psixoloji xəstəliklər siyahısında 1999-u ildə çıxarıb. ABŞ bunu 1973-cü ildə, Dünya Səhiyyə Təşkilatı isə 1992-ci ildə etmişdi.

Qlobal olaraq elm, insanların homoseksuallıq üçün müalicəyə ehtiyacı olduğuna və ya bunun təsirli olacağına inanmır.

Rusiyanın Nijni Novgorod şəhərindəki psixoterapevt Yan Qoland, Sovet İttifaqı dövründə müəllimi Nikolay İvanov tərəfindən yaradılan bir üsul ilə 78 homoseksual və 8 transseksual şəxsi "müalicə etdiyini" iddia edir.

BBC-ə müsahibəsində Qoland, "Müalicənin homoseksuallar üçün 8 - 18 ay və transseksuallar üçün daha uzun zaman çəkdiyini" deyib.

"Mənə bir xəstə müraciət edərkən ona bənzəri halları misal göstərirəm. Xəstə ona kömək edə biləcəyimizi öyrənincə ümidlənir və başa düşür ki, müalicəyə ehtiyacı var," Qoland söyləyib.

Qoland ilk mərhələdə şəxsin eyni cinsə qarşı istəyini "yox etməyi" planladıqlarını söyləyir. Hipnoterapiya seansları 8 saata qədər çəkə bilir. Bundan başqa, Qoland, şəxsin yuxularına təsir göstərmək üçün psixoanaliz və şəxsiyyət terapiyasının qarışığından ibarət bir üsul tətbiq edir.

İkinci mərhələdə isə məqsəd, əks cinsə qarşı istək formalaşdırmaqdan ibarətdir. Qoland kişi xəstələrini ətraflarındakı qadınları cinsi mənada izləmələri üçün təşviq edir.

Fotonun müəllifi AFP
Image caption Rus qanunları LGBT nümayişlərini "təbliğat" xarakterli saydığı üçün qadağan edir

"Onlara bunu deyirəm: Seansdan çıxdıqdan sonra, küçədə yeriyin və bütün cavan qadınlara baxın. Bədən formalarına fikir verin və ən yaxşısını seçin," Qoland deyib.

Üçüncü mərhələdə isə Qoland, əks cinslə cinsi münasibət saxlandığını söyləyir.

40 yaşındakı Yuri 1990-ci illərin əvvəllərində "oyanıb özünü doğru yolda görmək üçün psixoterapevtdən müalicə aldığını, lakin, nəticədə cinsi impulslarını itirdiyini" deyib.

"Nəticə, heç şübhəsiz ki, mənfi və zərərli olmuşdu. Dürüst olmaq da bir fəlakət idi," Yuri söyləyib.

Qoland-ın hazırda 80 yaşı var və hələ də insanları "müalicə etməklə" məşğul olur.

Rusca "homoseksuallıq necə müalicə olunur?" şəklində edilən axtarışlarda, internet üzərindən konsultasiya təqdim edən həkimlərə rast gəlmək mümkündür.

İnternet üzərindən homoseksuallar üçün 88 dollar dəyərində "müalicələr"

Özlərini "psixo-hipnoloq" təqdim edən Nikitenko qardaşları, iki aylıq səs hipnozu təklif edirlər. Bir seansın dəyəri 88 dollardır.

Nikolay Nikitenko, homoseksuallığın bir növ 'beyindəki icbari pozuqluq' (Obsessive Compulsive Disorder - OCD) olduğuna inanır.

"Əgər hər hansısa pornoqrafik video izləyib homoseksual cinsi münasibətdə olsaq, beyində yeni bir sinir yolu aşmış oluruq.

Vladivostokdan mənə zəng vuran 18 yaşlı bir nəfər, gündə 9 saat homoseksual olmaqdan narahatlıq keçirdiyini söyləmişdi," Nikitenko deyir.

Hipnoterapiya, xəstənin narahatlıqlarını aradan qaldırmağa köklənib və onlara "doğru şəkildə davranma və reaksiya verməyi" öyrədir.

Nikitenko qardaşları, yeddi homoseksual kişini "müalicə etdikləri və onların bir daha eyni hissləri yaşamaq şanslarının olmadığı" haqqında qürurla danışırlar.

Lakin, Rusiyada qərbli həkim və elm adamlarının görüşlərini paylaşan həkimlər də var.

Fotonun müəllifi Getty Images
Image caption Rusiyada homoseksuallar üçün internet üzərindən "hipnoz müalicəsi" satılır

LGBT xəstələri ilə işləyən Pavel Sbolevski deyir: "Normal olaraq insan, 11 və 13 yaşları arasında cinsi oriyentasiyasının fərqinə varır. Bir neçə fərqli oriyentasiya da mövcuddur ki, homoseksuallıq da onlardan biridir."

BBC-ə müsahibəsində Sobolevski, "cinsi oriyentasiyanızı dəyişə bilməzsiniz," deyir və bunu cinsi mənsubiyyətləri ilə bağlı ona müraciət edən müştərilərinə də söyləyir.

Sobolevski, psixoterapiya yolu ilə cinsi oriyentasiyanın dəyişdirilməsinin zərərli olduğunu bildirir.

Rusiyada bəzi dinin qurumlar da, homoseksuallar üçün "müalicələr" təşkil edir.

Yalnız dini mediaya müsahibə vermək istədiyini bildirən bəzi qurumlar, məlumat verməkdən qaçdılar.

'Homoseksuallar ruhi aclıq yaşayırlar'

Lakin, reabilitasiya və ya yenidən dirilmə mənasına verən "Vosstanovlenie" adlı protestant qurumun başçısı keşiş Yevgeni Peresvetov bizə müsahibə verməyə razılaşdı. Bu qurum, homoseksuallara cinsi oriyentasiyalarını "təkzib edə bilmək üçün kömək edir".

Qurumun YouTube kanalındakı hesabında iki kişi "özlərini günahdan və homoseksuallıqdan xilas etdikərini" deyir.

Geyindiyi dəbli kostyumuna uyğun taxdığı qalstukun üzərində İsanın portreti olan keşiş, Moskvadakı gecə klublarından birində bazar günləri moizə oxuyur.

Peresvetov homoseksuallığı narkotik asılılığına bənzədir və "ruhi aclıq" əlaməti kimi görür.

Fotonun müəllifi AFP
Image caption Rus Pravoslav Kilsəsi homoseksuallığı günah sayır

"Birinin atası yoxdur, biri şiddət görür, biri həyatının başını buraxıb. Homoseksuallar Tanrını ataları kimi görməyə başlayınca, azad olurlar," keşiş dey

Bəzi rusiyalı ailələr homoseksual olduğunu deyən uşaqlarını "müalicə etdirmək" üçün dini qurumlara müraciət edirlər.

'13 yaşında məcburən kilsəyə aparıb çubuqla döyüblər'

27 yaşlı Mariya 13 yaşında ikən ailəsi tərəfindən "homoseksuallığının müalicəsi üçün öz istəyi olmadan kilsəyə aparıldığını" deyir. O söyləyir ki, başqaları dua oxuduqca, onun üstünə müqəddəs su töküblər.

"Heç nə eşidə bilmirdim. Bacardığım qədər qışqırırdım. Dua oxuyur və məni kilsəyə getməyə məcbur edirdilər. Orada mənim digər qadınlara olan münasibətimin şeytandan qaynaqlandığını söylədilər," Mariya deyir.

"Məni müqəddəs suya saldılar və onu içməyə məcbur etdilər. Bəzən çubuqlarla da vururdular. Sanırdım ki, ağlım parçalanır," Mariya əlavə edir.

Kişi kimi doğulan 19 yaşlı transseksual qadın Yevqeniya da, həkimlərdən gördüyü xoş olmayan rəftardan danışıb.

BBC-ə müsahibəsində Yevqeniya deyib: "İlk həkim mənə dedi ki, bax, sən əsl kişisən. Əməliyyat olmaq istəyirsən? Hamı kimi yaşa bilməzsənmi? İkinci həkim də homoseksual olduğumu və diqqət çəkməyə çalışdığımı söylədi və məsləhət bildi ki, kişi olmağa alışım."

Əlaqəli mövzular

Bu barədə daha geniş