İranda kömür mədənində partlayış nəticəsində ölənlərin sayı 42 nəfərə çatıb

Zəmistan-Yurd kömür mədəninin işçiləri və axtarış-xilasetmə işlərində iştirak edənlər - 7 may 2017 Fotonun müəllifi AFP
Image caption Mədəndə baş vermiş partlayış nəticəsində 70-dən şox mədənçi xəsarət alıb

İran dövlət mediasının yaydığı xəbərə əsasən, kömür mədənində baş vermiş partlayış nəticəsində ölənlərin sayı 42 nəfərə çatıb.

Hadisə ölkənin şimal-şərgində ötən çərşənbə günü baş verib.

Gülüstan vilayətində yerli hakimiyyətin rəsmi nümayəndəsi Reza Morovatinin sözlərinə görə, Azadşəhr yaxınlığında yerləşən Zəmistan-Yurd mədənindən daha 7 nəfərin cəsədi qaldırılıb.

Onun sözlərinə görə, axtarış-xilasetmə işləri davam etdirilir.

Partlayışa səbəb mədən dəhlizlərində yığılmış metan qazı olub.

Bazar günü hadisə yerinə baş çəkən prezident Həsən Ruhani qəzəbli mədən işçiləri və onların ailə üzvlərinin keçirdyi etiraz aksiyasının şahidi olub.

Etirazçılar prezidentin hərəkət etdiyi avtomobilin üstünə tullanaraq, maşına təpik-yumruq vurublar.

"Mədəndə təhlükəsizlik niyə təmin olunmur, tədbir niyə görülmür?" - etirazçıların nümyəndəsi qışqıraraq suallar səsləndirib.

Bu səhnə sosial şəbəkələrdə yayılan videoda əks olunub.

Fotonun müəllifi AFP
Image caption Prezident Ruhani bazar günü qəzəbli etirazçıların aksiyası ilə üzləşməli olub

Prezident Ruhani bundan əvvəl bildirmişdi ki, qəzanın baş verməsində təqsirli olanlar cəzalandırılacaqlar.

Hadisə baş vermiş mədəndə 500 nəfərdən çox işçi var. İstintaqın aparılacağı 6 ay ərzində mədən bağlı qalacaq.

Bazar günü keçirilmiş etiraz aksiyası prezident Ruhaninin də namizəd qismində iştirak edəcəyi seçkilərə iki həftədən az qalmış bir vaxta təsadüf edib.

Onun mühafizəkar rəqibləri prezidenti, Tehran beynəlxalq güclərlə nüvə razılaşmasına nail olduqdan sonra, İran iqtisadiyyatını canlandıra bilməməkdə ittiham edirlər.

Əlaqəli mövzular

Bu barədə daha geniş