Ermənistan: Azərbaycan almasını idxal edənlərə qarşı ittiham təqdim olunub

Alma Fotonun müəllifi Snund.am
Image caption Ermənistan bazarlarında Azərbaycan almasının satıldığı haqqında məlumat ilk dəfə sosial şəbəkələrdə yayılıb

Ermənistana Azərbaycan almasının idxal edilib satılması ilə bağlı dörd nəfərə qarşı vergi ödəməkdən yayınma və qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma faktları üzrə cinayət işləri açılıb. Ermənistan Xüsusi İstintaq Xidməti (XİX) araşdırma aparır.

Qurumun rəsmi məlumatına görə, cinayət işi üzrə istintaq nəticəsində Gürcüstan sərhədində yerləşən Baqrataşen icmasının iki sakininin köməkliyi ilə iki Yerevan sakini tərəfindən böyük miqdarda rəsmən elan edilməmiş kənd təsərrüfatı məhsulu, o cümlədən, Azərbaycan alması idxal edilib və dövlət vergi orqanlarında qeydiyyatdan keçirilməmiş Yerevan bazarlarında satışa qoyulub.

İttiham olunan şəxslər barədə ad və soyadlarının birinci hərfindən başqa məlumat verilmir.

İstintaq nəticəsində həmin iki Yerevan sakini tərəfindən cari ilin əvvəlindən aprelin 24-dək müddət ərzində Baqrataşen gömrükxanasından Ermənistana böyük miqdarda rəsmən elan edilməmiş kənd təsərrüfatı məhsulunun idxal edildiyi bildirilir.

Məlumatda qanunla nəzərdə tutulan təxminən 7,3 milyon dram (15,2 min dollar) məbləğində vergi və rüsum ödənilmədiyi qeyd olunur.

Fotonun müəllifi Snund.am

Bundan başqa, sözügedən Yerevan sakinlərinin "qanunsuz sahibkarlıq fəaliyyəti" ilə məşğul olduğu deyilir: idxal edilən məhsulları qeydiyyatsız sataraq, onlar 907 min 680 min dram (təxminən 1,9 min dollar) məbləğində dövriyyə vergisini ödəməkdən yayınıblar, Ermənistan Xüsusi İstintaq Xidməti bildirir.

XİX məlumatına əsasən, kənd təsərrüfatı məhsulları Baqrataşen gömrük məntəqəsindən rüsumsuz idxal etmək üçün müvafiq muzdla iki Baqrataşen sakinlərinin köməyi ilə Gürcüstan tərəfində malı qanunla rüsumsuz keçirilməsinə icazə verilən 50 kiloqramlıq hissələrə bölüb müxtəlif avtomaşınlarla Ermənistan ərazisinə keçiriblər.

Fotonun müəllifi Snund.am

Azərbaycan almasının Ermənistan bazarlarında satılması ilə qalmaqal bəzi internet istifadəçiləri tərəfindən bu barədə sosial şəbəkələrdə məlumat yazması və Yerevan bazarlarında çəkdikləri "DAD" Azərbaycan şirkətinin yarlığı ilə alma şəkillərini bölüşdükdən aprelin 20-dən sonra qalxmışdı.

Bu barədə daha geniş