Pokemon Go: Rusiyalı blogger məhkum edilib

Ruslan Sokolovski Fotonun müəllifi AFP
Image caption Ruslan Sokolovski günahkar olmadığını bildirir.

Kilsədə Pokemon Go oynaması barədə videonu internetə yerləşdirən rusiyalı bloqerə 3 il yarım illik şərti həbs cəzası kəsilib.

Yekaterinburq şəhərinin məhkəməsi Ruslan Sokolovskini inanclıların hisslərini təhqir etmək və nifrət salmaqda təqsirkar tanıyıb.

Cümə axşamı günü axtarış vaxtı evində videoçəkən qələmin aşkar olunmasından sonra bloqer həmçinin "xüsusi texniki avadanlığın qaçaqmalçılığında" günahkar bilinib.

Image caption Məhkəmə Yekaterinburq şəhərində keçirilib

22 yaşlı bloqer ittihamları rədd edir.

"Jurnalistlərin dəstəyi olmasa idi mənə yəqin ki, həqiqi həbs cəzası veriləcəkdi", - cənab Sokolovski hökmün elanından sonra bildirib.

"Mən heç kimin haqqı və dini azadlığını pozmamışam, çünki heç kimə öz dininə qulluq etməyə mane olmamışam. Bəli, ola bilsin ki, mən tənqid etmişəm, lakin onların fəaliyyətinə müdaxilə etməmişəm."

Bloqer öz videosunu çar II Nikolay və onun ailəsinin xatirəsinə tiklimiş kilsədə çəkib.

İnternetdə çoxsaylı baxışlar cəlb edən videoçarxın paylaşılmasından bir qədər keçmiş Sokolovski həbs edilib.

Fotonun müəllifi Getty Images
Image caption Pokemon Go oyunu ötən il populyarlaşmağa başladı

Pokemon Go nədir?

Pokemon Go GPS qurğusu ilə təchiz olunmuş smartfonlara yüklənən interaktiv oyundur.

İstifadəçilər müxtəlif yerlərdə dolaşaraq ekranda peyda olan bədheybətləri (pokemonları) tutub yığmaqla xal qazanırlar.

Hazırda populyar olan Pokemon oyunu 2016-ci ildə hazırlanıb.

Əlaqəli mövzular

Bu barədə daha geniş