Çeçenistanda geylərin hüquqlarını müdafiə edən fəallar Moskvada saxlanılıblar

Polis əməkdaşları gey fəallarını saxlayırlar. Sankt-Peterburq, Rusiya. 1 may 2017 Fotonun müəllifi EPA
Image caption Rusiyada geylərin təşkil etdiyi aksiyaların qarşısı polis tərəfindən alınır : Sankt-Peterburq, 1 may 2017

Çeçenistanda geylərin hüquqlarını müdafiə edən fəallar Moskvada saxlanılıblar.

Gey hüquqlarının 5 fəalı Moskvada Rusiya Baş Prokurorluğuna petisiya təqdim etməyə cəhd edərkən saxlanılıblar.

Polis onların saxlanılmasını, yol verdikləri hərəkətlərinin qanunsuz olması ilə əsaslandırıb.

Fəalların dediyinə görə, petisiyanı iki milyondan artıq insan imzalayıb.

Petisiyada Çeçenistanda geylərin həbsi və onlara işgəncə verilməsi hallarının araşdırılmasına çağırılır.

Çeçenistan rəsmiləri respublikada geylərin mövcudluğunu inkar edirlər.

Ötən həftə prezident Putin Çeçenistanda geylərə qarşı iddia edilən hücum hallarının araşdırılmasını dəstəkləyib.

Bu ayın əvvəlində Almaniya kansleri Angela Merkel Rusiya rəsmilərini geylərin hüquqlarını dəstəkləməyə çağırıb.

Çümə axşamı günü dörd Rusiya və bir İtaliya vətəndaşı Baş Prokurorluğa petisiya təqdim etməyə cəhd edərkən saxlanılıblar.

Çeçenistan rəhbəri Ramzan Kadırov ötən həftə Rusiya rəsmilərilə bu məsələ ilə bağlı əməkdaşlığa hazır olduğunu qeyd edib.

Eyni zamanda Kadırov təkrar olaraq bildirib ki, müsəlman respublikası Çeçenistanda "qeyri-ənənəvi oriyentasiysı olan adam" yoxdur.

Çeçen rəsmilərinin dediyinə görə, yerli polisə bu məsələ ilə bağlı rəsmi şikayət daxil olmayıb.

Çeçenistanda geylərə qarşı kampaniya haqqında xəbərlər ilk olaraq Rusiya qəzetlərində aprel ayından yer almağa başlayıb.

Bu kampaniyanın hədəfinə çevrilmiş insanlardan bəziləri indi açıqlama verməyə başlayıblar.

Homofobiya Çeçenistanda geniş yayılıb. Ötən ay Rusiya LQBT şəbəkəsindən Natalya Poplevskaya bildirib ki, Çeçenistanda "geylərə qarşı mütəşəkkil kampaniya" aparılıb, məqsəd isə onları həbs etmək olub.

Kampaniyanın hədəfinə çevrilənlər paytaxt Qroznıdan 20 km məsafədə yerləşən Arqun şəhərindəki həbsxanada saxlanılırlar, LGBT şəbəkəsinin nümayəndəsi bildirib.

"İşgəncə elektroşokla verilir, onları kabellə döyürlər, - Natalya Poplevskaya BBC-ə bildirərək üç nəfərin ölümü barədə xəbərin olduğunu qeyd edib.- Həbs olunanların hamısı gey və ya gey sayılanlardır".

Çeçenistan hökümətinin sözçüsü Alvi Karimov ittihamları rədd edib: "Respublikada mövcud olmayan insanları həbs və ya təqib etmək qeyri-mümkündür", - o deyib.

Rusiyada homofobiya 1993-cü ildə kriminalsızlaşdırılıb.

Rusiya parlamenti 2013-cü ildə həddi-büluğa çatmamaş insanlar arasında homoseksuallıq haqqında məlumatların yayılmasına görə ağır cərimələnməni nəzərdə tutan qanun qəbul edib.

Əlaqəli mövzular

Bu barədə daha geniş