Apreldə rusiyalıların xərcləri 2015-ci ilin böhranı ilə müqayisədə daha çox azalıb

Mağaza Fotonun müəllifi Yegor Aleyev/tass
Image caption Rusiya əhalisinin ərzaq xərcləri artıb, sosioloqlar qeyd edir.

Rusiyalıların gündəlik xərcləri mart ayı ilə müqayisədə 2017-ci ilin aprel ayında 6,5 faiz azalıb, Romir holdinqi tərəfindən keçirilmiş tədqiqatın nəticələrində qeyd olunub.

Sosioloqlara görə, rusiyalılar mağazalara daha əvvəlki kimi tez-tez getmirlər.

İnflyasiya nəzərə alınmaqla, xərclərin azalması 6,8 faiz təşkil edib, illik göstərici isə 9 faizə çatıb.

"Əhalinin xərclədiyi real vəsait inflyasiya təsirindən "təmizləndiyi" halda son 5 ilin ən aşağı nöqtəsinə düşür", Romir-in hesabatında qeyd olunub.

Aprel ayında adətən istehlakçıların fəallığında müəyyən geriləmə müşahidə olunur.

Lakin xərclərin azalmasını göstərən hazırkı rəqəm indiyədək heç zaman qeydə alınmamışdı.

"Hətta böhranın ən kəskin dövrünə təsadüf etmiş 2015-ci ildə gündəlik xərclərin azalması 5,8 faiz təşkil etmişdi", - sosioloqlar qeyd edib.

Tədqiqat müəlliflərinin rəyinə görə, "mağazalara daha az-az getməyin sayəsində qənaətə nail olmaq mümkün olub".

İstehlak zənbilinin tərkibində də dəyişiklər baş verib.

"Ərzaqın payı artaraq 57 faiz təşkil edib. Bu isə qeyri-ərzaq məhsullarının sayəsində qənaətə nail olunmasından xəbər verir", - tədqiqat müəllifləri qeyd ediblər.

Gəlirlərin azalması Rusiyada regionların və sosial qrupların demək olar kı, hamısında müşahidə olunub.

Lakin Rusiyanın mərkəzi hissəsində qənaət göstəricisi daha az olub.

Rusiyanın Şimal-Qərb və Cənub dairələrində xərclərin azalması müvafiq olaraq 11,9 faiz və 16,6 faiz təşkil edib.

Rusiya paytaxtına aid bölgədə xərclər cəmi 4,7 faiz təşkil edib, Uralda isə müvafiq göstərici heç dəyişməyib.

Əlaqəli mövzular

Bu barədə daha geniş