Ştirlits Vladimir Putin üçün sovet James Bond-u olubmu?

Aktyor Vyaçeslav Tixonov "Ştirlits" rolunda Fotonun müəllifi Alamy
Image caption Aktyor Vyaçeslav Tixonov "Ştirlits" rolunda

Qərblilərin nəsilləri James Bond filmləri ilə böyüdüyü kimi, sovet vətəndaşlarının da öz qəhrəman casusu vardı. Bu, müharibə illərində düşmənin yuvasında mübarizə aparan və qondarma adı Max Otto von Stierlitz olan sovet casusu idi. Dina Newman yazır ki, Stierlitz kimi bir agent Vladimir Putini də asanlıqla DTK-ya işə cəlb edə bilərdi.

Buna baxmayaraq, SSRİ-nin James Bond-a cavabı tamamilə fərqli bir agent idi. Onun qadcetlər və qadınlar üçün vaxtı yoxdu. O bütün həyatını İkinci Dünya Müharibəsi illərində Berlində, sıralarına daxil ola bildiyi alman ali komadanlığındakı işinə həsr etmişdi.

Stierlitz 12 seriyalı "Baharln 17 anı" filminin baş qəhrəmanı idi. Bu filmi sovet televiziyası hər il 9 may bayramı ərəfəsində ekrana buraxardı.

1973-cü ildəki ilk yayına 50-80 milyon arasında tamaşaçı baxmışdı.

"Hər axşam küçələr boşalardı, çünki adamlar növbəti seriyaya baxmaq, daha sonra nələrin baş verdiyini bilmək üçün evlərinə qaçardılar" - deyir bu filmdəki ulduzlardan biri - Eleonora Şaşkova.

Həyəcanlı dramatizmindən başqa, bir də bu filmin mükəmməl Soyuq müharibə süjeti vardı. Stierlitz 1945-ci ildə nasistlərlə amerikalılar arasında separate danışıqlara əngəl yaradırdı. Lakin filmin başqa gizli məqsədi də vardı.

"Film bizim ölkəmizdə böyük hörmətə malik sovet agentlərinin mühümlüyünü göstərirdi. Bu post-müharibə nəslinə vətənpərvərlik hissləri aşılayırdı" - deyir aktrisa.

Əslində bu filmin sifarişini o vaxtkı DTK rəhbəri Yuri Andropov vermişdi. Bu, xidmətlərə gənc, təhsilli səfərbərlərin cəlb olunması üçün PR kampaniyası idi.

Image caption Vladimir Putin hərbi formada

Andropov filmin seriyaları efirə verilməzdən əvvəl onlara bir-bir baxırdı. Filmin çəkilişinə onun müavini nəzarət etmişdi. Bu filmin titrlərində başqa soyadları ilə gedən iki DTK əməliyyatçısı məsləhətçi idi.

Vladimir Putin onu casus olmağa məhz Stierlitz-in ilhamlandırması barədə bu vaxtadək heç nə deməyib. Lakin film ekranlara çıxanda onun 21 yaşı vardı və bundan iki il sonra o DTK-da işləməyə başlayacaqdı.

Öz zəmanəsində Putin də Stierlitz kimi Almaniyaya göndərilmişdi.

Əgər Bond patoloji içəndirsə, Stierlitz, lap Putin kimi bunun tam əksidir.

Bütün film boyunca o təkdir, qəhvə içir, siqaret çəkir və fikirli-fikirli pəncərədən baxır.

Hərçənd 1963-cü ildə SSRİ-yə qaçaq düşmüş Britaniya casusu Kim Philby deyirdi ki, bu qədər fikirli görünən agentin ifşası çox çəkməzdi.

1991-ci ildə Putin artıq DTK-dan getmişdi və Sankt Peterburq merinin ofisində çalışırdı.

O, özünün casus olduğunu ilk dəfə bir sənədli televizya verilişində etiraf etmişdi. Bu filmdə "Baharın 17 anı" filmindən də kadrlar vardı.

Bu verilişdə lap elə Stierlitz-in öz maşınında Berlinə getdiyi kimi Putin də özünün sovet "Volga" avtomobilini sürürdü, amma kadr arxasında "Baharın 17 anı" filiminin əsas musiqisi səslənirdi.

Fotonun müəllifi Getty Images

Bu sənədli filmdə Rusiyanın gələcək prezidenti narahatlıqla deyirdi ki, "müəyyən müddətdən sonra ölkəmizin totalitarlığa dönüşünün təhlükəsi var".

O belə davam edirdi: "Amma təhlükə hüquq-mühafizə orqanlarından, hətta ordudan da qaynaqlanmır. Təhlükə bizim öz mentalitetimizdədir. Biz hamımız düşünürük, lap mənim özüm də bəzən düşünürəm ki, dəmir yumruq qanun-qaydasını qaytarsaq həyat daha rahat, daha asan və təhlükəsiz olar. Amma reallıqda bu rahatlıq uzun sürməyəcək: Həmin dəmir yumruq axırda hamımızın başını əzəcək".

Əlbəttə, 1990-cı illərin sonlarında rusiaylıların çoxu qanun və qaydanın, bəziləri isə hətta dəmir yumruğun xiffətini çəkməyə başlamışdı.

Rəy soruğularına görə rusların əksəriyyəti növbəti prezidentin gənc, milliyyətcə rus, xüsusi xidmətlərin keçmiş agenti və spirtli içki içməyən birisi olmasını istəyirdi.

"Liberallara etimadını itirən ölkə öz Stierlitz-ni axtarırıdı" - yazır Economist məcmuəsinin Rusiya və Şərqi Avropa redaktoru Arkadi Ostrovski, özünün "Rusiyanın icad edilməsi" kitabında.

Fotonun müəllifi Alamy
Image caption Vyaçeslav Tixonov - "Baharın 17 anı" filmi

O yada salır ki, "Kommersant" qəzeti bir rəy sorğusu sifariş etmişdi. Bu rəy sorğusunda rusiyalılardan soruşulurdu ki, kino qəhrəmanlarından kimi gələcək prezidentləri kimi görmək istəyirlər.

Stierlitz ikinci yeri tutmuşdu.

Birinci yerdə müharibə illərində Sovet İttifaqının marşalı olmuş Jukov idi. Amma qəzetin həftəlik əlavəsi olan jurnalın üz qabığında Stierlitz-in portreti verilmiş və yazılmışdı: "Prezident-2000".

Və elə 2000-ci ildə bir müddət prezident əvəzi olan Putin bu posta seçilmişdi.

Chris Bowlby (Mart, 2015) yazır ki, bu gün Vladimir Putini başa düşmək istəyən hər bir kəs onun başına 25 il əvvəlin dramatik gecəsində Şərqi Almaniyada nə gəldiyini bilməlidir.

Fotonun müəllifi AFP
Image caption Vladimir Putin 2006-cı ildə Drezdendə "köhnə oylaqlarından" birinə baş çəkir

Eleonora Şaşkova "Baharın 17 anı" filmində Stierlitz-in arvadını oynayır. Bu iki obraz filmdə yalnız bir dəfə görüşür. Casusun arvadını Rusiyadan Berlinə aparırlar. O kafeyə başqa bir kişi ilə gəlir.

Stierlitz artıq başqa bir masanın arxasında oturub və iki obraz yalnız ara-sıra, oğrun-oğrun baxışırlar. Onların baxışlarında uzun həsrətin izləri var.

Tamaşaçı həm casusun, həm də qadının gözlərini görür. Bir neçə dəqiqədən sonra qadın qalxaraq kafeni tərk edir. İki obraz beləcə ayrılır.

Özünün 70 illik yubileyində, 2007-ci ildə, artıq Putin erasında Şaşkova sovet kinosunun tarixində görünməmiş xüsusi mükafatla təltif olunmuşdu.

Ona Rusiyanın məxfi xidmətindən təşəkkür hədiyyəsi vermişdilər.

Xarici kəşfiyyatçının arvadını oynadığına görə.

Əlaqəli mövzular

Bu barədə daha geniş