Türkiyədə avtobus qəzası: ən azı 24 nəfər ölüb

Qəza yeri Fotonun müəllifi Reuters
Image caption Ölənlərin çoxunun qadın və uşaq olduğu qeyd olunur.

Türkiyənin Marmaris bölgəsində avtobusun qəzaya uğraması nəticəsində ən azı 24 adam həyatını itirib, media bildirir.

10 nəfərin xəsarət aldığı xəbər verilir.

Muğla rayonunun valisi Amir Çiçək, avtobusda 34 adamın olduğunu bildirib.

Onun sözlərinə görə qəzaya səbəb əyləc sistemindəki qüsur ola bilərdi.

Fotonun müəllifi DHA

Marmaris bələdiyyəsinin başçısı Əli Acar qəzanın sürücü səhvi nəticəsində baş verdiyini güman edib, Hürriyet qəzeti xəbər verir.

Qəzaya uğrayan avtobus turistləri gəzdirirmiş.

Ölənlərin çoxunun qadın və uşaq olduğu qeyd olunur.

Hadisə yerinə təcili yardım və xilasetmə qrupları cəlb olunub.

Əlaqəli mövzular

Bu barədə daha geniş