Ukrayna Rusiyanın sosial şəbəkələrini bloklayır

VK.com logo Fotonun müəllifi AFP
Image caption VK saytının Ukraynada 15 milyona yaxın istifadəçisi olduğu güman edilir.

Ukrayna prezidenti Petro Poroşenko milyonlarla adamın istifadə etdiyi Rusiyanın media şəbəkələrilə internet xidmətlərinə qadağa qoyub.

Bu addım Krımın ilhaqı və Ukraynanın şərqində davam edən münaqişə ilə bağlı Rusiyaya qarşı mövcud sanksiyaların əhəmiyyətli şəkildə genişləndirilməsi sayılır.

Hədəfə alınan şirkətlər arasında VK.com və Odnoklassniki şəbəkələrilə yanaşı, Yandex axtarış mühərriki və Mail.ru email xidməti var.

Ukrayna internet xidmətlərinə bu saytlara girişi bloklamaq göstərişi verilib.

Qadağa barədə qərar ölkə daxilində birmənalı qarşılanmaya da bilər. Belə ki, yalnız VK saytının 15 milyona yaxın istifadəçiyə malik olduğu güman edilir.

Odnoklassniki saytı da çox populyardır.

Ukrayna DİN-i hələ fevral ayında hər iki şəbəkənin bloklanmasına çağırırdı.

Nazir müavini Zoryan Şkiryakın sözlərinə görə bu resurslar "tamamilə Rusiya xüsusi xidmətlərinin idarəsi və nəzarəti altındadır".

Krımın ilhaqı və Rusiyanın Ukraynanın şərqindəki münaqişədə rolu ilə bağlı Rusiyaya qarşı sanksiylar Aİ və ABŞ tərəfindən də tətbiq olunur. Rusiya Qərbin addımına öz sanksiyaları ilə cavab verib.

Əlaqəli mövzular