Rusiya rəsmilərinin Trump-la görüşünə dair qeydlər "təqdim oluna bilər"

Putin Fotonun müəllifi ALEXANDER ZEMLIANICHENKO/ Getty

Vladimir Putin Rusiya rəsmilərinin Donald Trump-la görüşünə dair qeydləri üzə çaxarmağı təklif edib.

ABŞ mediasının bildirdiyinə görə cənab Trump keçən həftə baş tutmuş görüş zamanı gizli məlumatları ötürüb, lakin Rusiya iddiaları rədd edir.

Cənab Putin bildirib ki, ABŞ Congress-indən tələb gələrsə Rusiya hökuməti bu qeydləri çatdıra bilər.

Eeyni zanda ABŞ mediası adı çəkilməyən mənbəyə istinadən iddia edir ki, prezident Trump Federal Təhlükəsizlik Bürosunun başçısı James Comey-dən prezidentin müşaviri Michael Flynn-in Rusiya ilə əlaqələrinə dair aparılan istintaqın dayandırılmasını xahiş edib.

Ağ ev bu xəbərlərin həqiqətə uyğun olmadığını bildirir.

New York Times qəzeti James Comey-nin bu barədə qeydlərini gördüyünü deyən iki nəfərə istinad edir. CNN də belə bir qeydlərin olması barədə anonim mənbəyə istinadən məlumat yayıb.

Fotonun müəllifi Reuters
Image caption Ağ Ev iddiaları təkzib edir

"Mən ümid edirəm ki, siz bu məsələni unuda bilərsiniz. O yaxşı oğlandır", - guya Comey Trump-ın xahişi barədə öz qeydlərində yazıb.

Cənab Comey isə onun xahişinə cavab verməyib, əvəzində deyib: "Razıyam ki, yaxşı oğlandır".

New York Times-ın yazdığına görə, Flynn-in istefasından sonra prezidentlə görüşən Comey görüşdən dərhal sonra qeydlər aparıb. Ağ ev Trump-ın istintaqa təsir etmək cəhdlərini təkzib edib.

"Prezident dəfələrlə general Flynn-in ölkəyə xidmət göstərən və ölkəni müdafiə edən layiqli insan olduğunu vurğulayıb. Trump heç vaxt James Comey-dən və ya başqa birisindən, Flynn-in işi daxil olmaqla hansısa istintaqın dayandırılmasını istəməyib ", - deyə Ağ Evin açıqlamasında bildirilir.

Trump James Comey-ni mayın 10-da işdən azad edib.

ABŞ prezidenti qərarını Comey-in bu vəzifəyə artıq uyğun gəlməməsi ilə izah edib.

Pezidentin qərarını tənqid edən müxalifət onu Trump-ın seçki kampaniyasında Rusiya ilə əlaqəsini araşdıran istintaqa təsir göstərməyə cəhddə ittiham edib.

Michael Flynn təhlükəsizlik müşaviri vəzifəsindən bu ilin fevralında istefa verib.

O, postunu ABŞ rəhbərliyindən Rusiya səfiri Sergey Kislyakla görüşü gizlətdiyinə görə tərk edib. Görüş zamanı Rusiyaya qarşı sanksiyalar müzakirə olunub.

Əlaqəli mövzular

Bu barədə daha geniş