Ukrayna prezidentinin saytı “Rusiyanın hücumuna” məruz qalıb

Petro Poroshenko Fotonun müəllifi Ukrainian president's administration
Image caption Petro Poroşenko Rusiyanı Ukraynaya qarşı kibermüharibə başlamaqda ittiham edir.

Ukrayna prezidenti Petro Poroşenkonun rəsmi saytı Rusiya tərəfindən həyata keçirilən "mütəşəkkil" kiberhücuma məruz qalıb, Ukrayna prezidentinin administrasiyası bildirir.

Haker həmləsilə bağlı yayılan açıqlamada deyilir ki, kiberhücum Rusiya internet resurslarının bağlanılması barədə prezident Petro Poroşenkonun fərmanına cavab olub.

Kiyev Rusiyanın hücumuna aidiyyatı barədə heç bir sübut göstərməyib.

Rusiya Ukraynanın ittihamlarını hələ ki, şərh etməyib. Ukrayna prezident administrasiyası bildirir ki, vəziyyət "nəzarət altında"dır. O, həmçinin "vebsaytın fəaliyyətinə təhlükə olmadığını" qeyd edir.

Çərşənbə axşamı günü Ukrayna prezidenti milyonlarla adamın istifadə etdiyi Rusiyanın internet resurslarına qadağa qoyub.

Bu Krımın ilhaqı və Ukraynanın şərqində davam edən münaqişə ilə bağlı Rusiyaya qarşı mövcud sanksiyaların əhəmiyyətli şəkildə genişləndirilməsi sayılır.

Əlaqəli mövzular

Bu barədə daha geniş