Çeçenistanlı geylərin sığına biləcəkləri beş ölkə

An activist stands naked, wrapped in a rainbow flag, in a mock cage in front of the Chancellery in Berlin on April 30, 2017, during a demonstration calling on Russian President to put an end to the persecution of gay men in Chechnya Fotonun müəllifi AFP
Image caption Çeçenistanda gey kişilərin təqibi ilə bağlı beynəlxalq çağırışlar edilib

Onlarla gey kişi Çeçenistandakı təqibdən qaçaraq, könüllü yardım təklif edən ölkələrə sığınmağa ümid edirlər.

Rusiya LGBT Şəbəkəsi təşkilatından BBC-ə bildirilib ki, ikisi Aİ üzvü olmayan ölkə daxil olmaqla fəallar, beş ölkə ilə danışıqlar aparırlar.

Doqquz kişiyə artıq viza verilib. Onlardan ikisi Litvaya gedib.

"Kömək etmək vacibdir, çünki, onlar əziyyət çəkirlər," Litva Xarici İşlər naziri Linas Linkevicius BBC-ə deyib.

Onun ölkəsinin qərarı Rusiyaya "üstüörtülü mesaj" xarakteri daşıyır deyə o bildirib və əlavə edib ki, "biz ... haqları tapdalanan Rusiya vətəndaşlarının qayğısına qalırıq".

Cənubi Rusiyadakı bu respublikada gey kişilərə qarşı qəddar münasibət, ilk dəfə aprel ayında Novaya Gazeta qəzeti vasitəsilə yayılıb və dərhal beynəlxalq reaksiyaya səbəb olub.

Daha sonra fəallar tərəfindən də təsdiqlənən məlumatda göstərilirdi ki, gey və ya gey olmaqda ittiham olunan 100 nəfər Qroznı şəhərindən 20 km uzaqlıqda yerləşən Arqun yaxınlığındakı həbsxanada saxlanılır.

Ən az üç ölüm hadisəsi haqqında məlumat verilirdi.

Video: Ölkədən qaçdığını deyən "Ruslan": "Gey kişiləri qırırlar"

Əhalisi əsasən müsəlmanlardan ibarət olan regionun hakimiyyəti ittihamları rədd edərək bildirib ki, "burada gey kişilər, ümumiyyətlə yoxdur".

Rusiya prezidenti Vladimir Putin məsul orqanlardan ittihamların doğruluğunu yoxlamağı xahiş edəcəyini deyib.

LGBT Şəbəkəsi 43 nəfərin Çeçenistandan çıxarılmasında köməkçi olub. Ölkələrlə danışıqların davam etdiyi müddətdə, onlarla gey kişi Rusiyada gizlənir.

Hətta, Avstraliya qədər uzaq ölkə də sığınacaq verməyə hazır olduğunu deyib.

Nə Litva Xarici İşlər naziri, nə də LGBT Şəbəkəsi danışıqlarda iştirak edən ölkələrin adlarını açıqlamayıb.

LGBT Şəbəkəsinin sözçüsü deyib ki, Böyük Britaniya baş verənləri pisləsə də, viza təklifi etməyib, eləcə də ABŞ səfirliyi rəsmiləri bildiriblər ki, viza ərizələri çox güman ki qəbul olunmayacaq.

"Biz rədd cavabı veriləcək ərizələrə vaxtımızı sərf edə bilmərik," təhlükəsizlik səbəbi ilə adını verməyən sözçü BBC-ə söyləyib.

"Onlar Rusiyada uzun müddət qala bilməzlər, çünki, bu təhlükəlidir."

Fotonun müəllifi EPA
Image caption Rusiyada geylərin təşkil etdiyi aksiyaların qarşısı polis tərəfindən alınır : Sankt-Peterburq, 1 may 2017

Almaniya kansleri Angela Merkel də Rusiyaya son səfəri zamanı məsələni gündəmə gətirib, lakin, Almaniyanın geylərə viza verəcək ölkələrdən olub-olmadığı aydın deyil.

BBC Böyük Britaniya Xarici İşlər Nazirliyinə məsələ ilə bağlı müraciət edib.

ABŞ Dövlət Departamentindən çeçenlərin viza üçün müraciət etmək haqlarının olduğunu bildirilsə də, Buzzfeed News-a "humanitar yardım" ilə bağlı viza kateqoriyasının olmadığını deyilib.

Həmin kişilər beynəlxalq sərhədləri keçməlidirlər ki, qaçqın statusu üçün müraciət edə bilsinlər.

Çeçenistanın başçısı Ramzan Kadırovdur. O, Rusiya prezidenti Vladimir Putin-ə var gücü ilə sadiq avtoritar liderdir.

Bu ayın əvvəlində üç fransız gey fəalçı qrupu Çeçenistanın geylərə qarşı münasibəti ilə bağlı Beynəlxalq Cinayət Məhkəməsinə şikayət yollayıb.

Onlar, seksual oriyentasiyasına görə doqquzuncu mərtəbənin pəncərəsindən atılan yeniyetmə gənci misal gətiriblər.

Bu barədə daha geniş