Türkiyə: Ankara yaxınlığında 15 iyul şübhəlilərin məhkəməsi başlayıb

Hərbi-Hava Qüvvələrinin sabiq komandanı Akın Öztürk Fotonun müəllifi AFP
Image caption Hərbi-Hava Qüvvələrinin sabiq komandanı Akın Öztürk məhkəməyə gətirilənlərin ön sırasında olub

Türkiyədə Ankara yaxınlığında 15 iyul dövlət çevrilişi cəhdi ilə bağlı həbs edilən onlarla şübhəlinin məhkəmə prosesi başlayıb.

221 şübhəlinin əksəriyyəti yüksək vəzifəli hərbi zabitlərdir.

Onlar ötən ilin iyul ayında prezident Recep Tayyip Erdoğanı hakimiyyətdən devirmək çəhdində bulunmaqda ittiham olunurlar.

Müttəhimlər mühafizə altında məhkəməyə karvan düzülüşü ilə gətiriliblər.

Türkiyə Hərbi-Hava Qüvvələrinin sabiq komandanı Akın Öztürk məhkəməyə gətirilənlərin ön sırasında olub.

Müttəhimlərin məhkəməyə gətirilməsi zamanı məhkəmə binası ətrafına toplaşmış insan kütləsi istiqamətindən "edam" çağırışları səslənib.

Türkiyə qanunvericiliyində məhkümlara ölüm hökmünün kəsilməsi nəzərdə tutulmayıb.

Ötən gecə polis, açlıq aksiyası keçirən iki müəllimi həbs edib.

Nuriye Gülmen ve Semih Özakça, polis tərəfindən həbs edildikləri xəbərini sosial şəbəkələr vasitəsilə özləri yayıblar.

Onlar Türkiyədə 2016-cı il 15 iyul dövlət çevrilişi cəhdindən sonra başlamış təqib kampaniyası nəticəsində iş yerlərini itiriblər.

Həmin kampaniyanın gedişində Türkiyədə ədliyyə, polis və təhsil sistemlərində çalışan 100,000-dən artıq dövlət qulluqçusu vəzifəsindən kənarlaşdırılıb.

İşdən qovulmalarına etiraz olaraq Nuriye Gülmen ve Semih Özakça aclıq aksiyasına başlayıblar və etirazı 75 gün davam etdiriblər.

Nuriye Gülmen ve Semih Özakçanın vəkili polis reydinin bazar günü keçirildiyini bildirib.

"Biz iş yerlərimizdə bərpa olunmaq istəyirirk. Biz təslim olan deyilik", - Gülmen Twitter şəbəkəsində paylaşıb.

Ankara yaxınlığında başlayan məhkəmə prosesində bir nömrəli şübhəli hazırda ABŞ-da yaşayan dini xadim Fethullah Gülendir.

Müttəhimlərə qarşı irəli sürülən ittihamlar siyahısında, o cümlədən 15 iyul hadisələri zamanı 250 mülki vətəndaşın qətlə yetirilməsi ittihamı da var.

Bu barədə daha geniş