Stalinin, soyadını dəyişən nəvəsi 75 yaşında vəfat edib

Aleksandr Burdonski və İosif Stalin Fotonun müəllifi Russian army theatre/Getty Images
Image caption Aleksandr Burdonski babasında dahilik və yamanlıq qarışığını gördüyünü deyərək, onu Shakespire-in əsərlərindəki obrazlara bənzətmişdi.

Sovet rəhbəri İosif Stalinin nəvəsi, istedadlı Rusiya teatr direktoru Aleksandr Burdonski 75 yaşında xərcəngdən vəfat edib.

Aleksandr anadan olanda soyadı Stalin olub, lakin sonradan Sovet diktatoru ilə əlaqələndirilməmək üçün Stalin soyadından imtina edərək özünə anasının qızlıq soyadını seçib.

Bir neçə il ərzində o, Moskvada Rusiya Mərkəzi Ordu Teatrına rəhbərlik edib.

Stalinin digər bir nəvəsi Yevgeny Cuqaşvili ötən il 80 yaşında vəfat etmişdi.

O, babasının irsinin mətin müdafiəçisi idi.

Aleksandr Burdonskinin atası Vasili Stalinin, Sovet lideri ilə münasibəti mürəkkəb olub. Vasili Stalin içki düşkünü olub və 40 yaşında vəfat edib.

1941-ci ildə doğulan Burdonski, Rusiya televiziyasına verdiyi müsahibələrindən birində qeyd edib ki, 1953-cü ildə vəfat edən Sovet diktatoru ilə ünsiyyətdə az olub: "Mən, bir tamaşaçı kimi, onu may və noyabr paradlarında tribunada görmüşəm. Yaxından isə onu yalnız vəfat edəndə görmüşəm - son vidalaşma mərasimində".

Burdonski, onun uşaqlıqda yaşadığı çətinlikləri heç kimə yaşamağı arzulamadığını deyib.

Teatr direktoru olan Stalinin nəvəsi, digər bir müsahibəsində isə babasında dahilik və yamanlıq qarışığını gördüyünü deyərək, onu Shakespeare-in əsərlərindəki obrazlara bənzətmişdi.

Gənc yaşlarında babasına qarşı olan Burdonski deyib ki, yaşa dolduqca Stalin barədə fikri dəyişib.

Stalinin nəvəsi deyib ki, babası tiran və qəddar olsa da, 20-ci əsrin qüdrətli şəxsi olduğunu yaşa dolduqca daha aydın sürətdə anlamağa başlayıb.

Stalinin digər nəvəsi, 2016-ci ilin dekabr ayında vəfat etmiş Yevgeni Cuqaşvili isə babasının mətin müdafəçisi olub.

Rusiyanın müstəqil qəzetlərindən biri İosif Stalini "qaniçən kannibal" adlandıranda, Yevgeni Cuqaşvili həmin nəşri Avropa İnsan Haqları Məhkəməsinə verdi, lakin məhkəmə onun şikayətini təmin etmədi.

Bu barədə daha geniş