İşə "cənazə avtobusu" ilə gedən sərnişinlər

Avtobusun arxasında tabutu çıxarmaq üçün qapı hələ də yerindədir. Fotonun müəllifi Superomsk.ru
Image caption Avtobusun arxasında tabutu çıxarmaq üçün qapı hələ də yerindədir.

Rusiyanın Omsk şəhərində bir özəl şirkətin istifadə etdiyi avtobuslar o qədər də rahat deyil. Nəqliyyat şirkəti burada cənazə maşınlarını avtobuslara çevirərək istifadəyə verir.

Omskdakı dayanacaqlarda gözləyən sərnişinlər avtobusa mindikdən sonra avtomobilin kənarlarında üz-üzə yerləşən oturacaq cərgələrindən başqa arxada da gözə çarpmayan qapını olduğunu görə bilər.

Superomsk.ru-nun xəbərinə əsasən bunun səbəbi özəl şirkətlərin köhnə cənazə maşınlarını alıb avtobusa çevirmələridir.

Rusiyanın VKontake sosial şəbəkəsində bu qeyri-adi avtobuslar barədə çox sayda şərhlər olub.

Bir istifadəçi "Omskda yaşayanları parlaq bir qələcəyə hazırlayırlar" deyib. Başqası isə "belə yollarla bu lap öz yerindədir" d.

Fotonun müəllifi Wikimedia/Artem Svetlov
Image caption PAZ avtobusları bəzən avtobus kimi, bəsən isə cənazə maşını kimi istifadə edilir.

Əlaqəli mövzular

Bu barədə daha geniş