Moskvada “Xruşovkalar”ın sökülməsina qarşı etiraz aksiyası keçirilib

Акция протеста в Москве Fotonun müəllifi Reuters
Image caption Təşkitlaçıların hesablamasına görə, bazar günü keçirilən aksiyada təxminən 10 min insan iştirak edib.

Bazar günü Moskvada şəhərin meriyasının beş mərtəbəli binaların sökülməsinə dair planına qarşı etiraz aksiyası keçirilib.

BBC Ruscanın müxbiri Andrey Soşnikov aksiyada olarkən, şəhərdə yerli hökumətin abadlaşdırma planının lehinə və əlehinə olanlarla söhbət edib.

Lakin plana etiraz edənlərin sayı onu dəstəkləyənlərdən daha çox olub. Onlar Moskva hakimiyyətini onların şəxsi əmlaklarından məhrum etməyə qərar verdiyini bəyan ediblər.

Mitinqdə iştirak edən beş mərtəbəli binaların sakinləri təklif edilən planı sakinlərin qanunsuz təxliyəsi saydıqları üçün, aksiyada səsləndirdikləri əsas şuar "abadlıq, deportasiya" (renovatsiya deportatsiya) olub.

Hökumətin təklifini dəstəkləyənlərdən biri BBC-ə müsahibəsində abadlıq proqramını Moskvanın yoxsul sakinləri üçün yaxşılaşmış infrastruktura sahib olan müasir mənzillər əldə etmək üçün yeganə şans adlandırıb.

Lakin abadlıq proqramının əlehinə çıxış edənlər hökumətin onları hazırkı mənzillərinə bərabər dəyərdə və ya yaşamağa uyğun mənzillərlə təmin edəcəyinə inanmırlar.

Yerli mətbuatda Moskvanın cənub-qərbində yerləşən Vavilova küçəsində keçirilən aksiyada Rusiyanın Yabloko, Demokratik seçki və Parnas kimi liberal partiyalarının tərəfdarları iştirak etdiyi bildirilir.

Lakin bizim müxbir qeyd edir ki, müşahidə etdiyi bayraqlara əsasən aksiyada nəinki liberal, hətta millətçilərdən tutmuş demokratlara qədər müxtəlif siyasi qruplar təmsil olunub.

Təşkitlaçıların hesablamasına görə, bazar günü keçirilən aksiyada təxminən 10 min insan iştirak edib.

Əlaqəli mövzular

Bu barədə daha geniş