The Times: Türklər gündəmdən yayınmaq üçün havadan danışırlar?

istanbul simsek Fotonun müəllifi Getty Images

Böyük Britaniyanın "The Times" qəzeti bazar ertəsi çıxan sayında müxbiri Hannah Lucinda Smith-in Türkiyədə son vaxtlar daha çox müzakirə edilən pis hava şəraitiylə bağlı təəssüratlarına yer ayırıb.

Qəzetin müxbiri Smith İzmirdə bir dostunun üşüməsi üzündən hələ də qızmayan havayla bağlı "İngilis havası" zarafatı etdiyini və may ayı olmasına baxmayaraq istinin hələ də normal mövsüm səviyyəsinə çatmadığını qeyd edib.

Smith "Bu il may ayının axırı olmasına baxmayaraq istilik sistemlərini yandırmağı düşündürən bir soyuq var. Hətta günəşli və isti ilə başlayan bəzi günlərdə günortaya yaxın istilik bir anda aşağı düşür və insan üşüməyə başlayır. Qeyri sabit hava şəraiti və mövsümə görə çox soyuq olması səbəbiylə hava şəraiti eynilə İngiltərədəki kimidir. Türkiyədə gündəmin və manşetlərin də əsas mövzusu havadır " deyir.

The Times-ın müxbiri Vanda may ayında yağan qarın günlərlə qəzet və televiziyalarda əsas xəbər olduğuna diqqəti yönəldərək bu mülahizələri irəli sürüb:

"Bəzən Türkiyənin çətinlikləri artdıqca insanların baş verən hadislərdən qaçmaq üçünmü hava şəraitindən bəhs etdiklərini düşünürsən. Keçən həftə Vanda PKK ilə baş verən insidentdə 3 əsgər həlak oldu.Lakin bu hadisəyə qəzetlərdə qarla bağlı xəbərlərdən daha az yer verildi".

"Erdoğanın müxalifətə qarşı təzyiqinin artması, qəzetlərin ardıcıl bağlanması , bürokratiya ixraclarının davam etməsi fonunda İstanbul metrosundakı ekranlarda it və pişik videoları yayımlanır "

Smith yazısının sonunda isə "Türkiyədə sual verənə qədər təhülkəsizsən" fikirlərinə sahib olan, ancaq adı çəkilməyən bir türk jurnalistinin şərhlərinə yer verib.

Bu barədə daha geniş