Moskvada qasırğa: Ölənlərin sayı 16 olub

Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil
Moskvada ölümcül qasırğadan sonra dağıntılar

Rusiyanın paytaxtı Moskvada sərt tufan nəticəsində ölənlərin sayı 16 nəfərə çatıb, səhiyyə rəsmiləri bildirirlər.

Hava şəraiti yüzlərlə ağacın aşmasına səbəb olub.

Tibbi yardıma müraciət edənlərin sayı 150-dən çoxdur, onlardan 108 nəfəri xəstəxanadadır.

Məlumatlarda bildirilir ki, Moskvada güclü külək, dolu və leysan yağışı elektrik kabellərini də zədələyib.

Fotonun müəllifi Reuters
Image caption Ağaclar evlərin və maşınların üzərinə aşıb

Küləyin surəti saatda 110 km olub və binaların strukturuna ziyan verib.

Meteoroloqlar bu surətin şəhər üçün çox nadir olduğunu deyir.

Fövqəladə Hallar Nazirliyi bildirib ki, Moskvadakı tufan nəticəsində 3500-dən çox ağac, 1500-dən çox avtomobil zədələnib, 140 evin damı xəsarət görüb.

Tufan Moskva, Ryazanov, Tulsk vilayətlərində 44 min insanın yaşadığı 300-dən çox yaşayış məntəqəsi, 16500 yaşayış evi və 1375 bağ evinə ziyan vurub.

Fotonun müəllifi EPA
Image caption Moskvada qasırğa nəticəsində aşmış ağac

İnterfaks yazır ki, bu, son 100 ildə əhərdə baş vermiş ən təhlükəli qasırğa sayılır.

Fotonun müəllifi EPA
Image caption Məlumata görə, ən çox ziyan aşmış ağaclara görə dəyib

Bəzi metro xətlərində ləngimələrin olduğu deyilsə də, sonradan normal xidmət bərpa olunub.

Moskvanın meri Sergey Sobyanin Twitter-də "həlak olanların yaxınlarına və ailəsinə başsağlığı verdiyini" yazıb.

Əlaqəli mövzular