Moskvada ölümcül qasırğadan sonra dağıntılar
Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil

Moskvada ölümcül qasırğadan sonra dağıntılar

Rusiya paytaxtında şiddətli qasırğadan sonra ən azı 11 nəfər həlak olub, səhiyyə rəsmiləri bildirir. Daha 150 nəfərə tibbi yardım göstərilib.

Bazar ertəsi qasırğa nəticəsində Moskva xəstəxanalarına 150 adam çatdırılıb, hazırda 108 adam müalicə olunur və onlar arasında 20-dən artıq uşaq var, Moskva səhiyyə departamentinin rəhbəri Aleksey Xripun deyib.

Güclü külək evlərin damlarını söküb, ağac və elektrik dirəklərini yan üstə qoyub.

Bəzi yerlərdə küləyin sürəti saatda 100 kilometrə çatıb.

Meteoroloqlar belə hava şəraitinin bölgə üçün son dərəcə nadir olduğunu qeyd edirlər.

Metropolitenlərdə ləngimələrin olduğu deyilsə də, sonradan normal xidmət bərpa olunub.

Əlaqəli mövzular