Rusiya Palmira yaxınlığındakı İD mövqelərinə raket zərbələri endirib

2015-ci iləd raket buraxıb. Fotonun müəllifi TASS
Image caption Rusiya sualtı qayıqdan Suriyadakı obyektlərə bundan əvvəl də raket zərbəsi endirib (Arxiv - 2015)

Rusiya Hərbi Dəniz Donanmasına məxsus "Admiral Essen" hərbi gəmisi və "Krasnodar" sualtı qayığı özünü İslam Dövləti (İD) adlandıran qruplaşmanın Suriyanın Palmira rayonundakı obyektlərinə "Kalibr" tipli qanadlı raketlərlə zərbə endirib, Rusiyanın Müdafiə Nazirliyi bildirir.

Bu barədə məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb. Hücumda məqsəd Raqqadan gətirilən və Palmiranın şərqində yerləşdirilmiş ağır texnikanı məhv etmək olub.

Məlumatda bütün hədəflərin uğurla məhv edildiyi bildirilib. Məlumata görə, "Krasnodar" sualtı qayığı qanadlı raketləri suyun altından havaya buraxıb.

Rusiya hərbçiləri Suriyada hərbi əməliyyatlara 2015-ci ilin sentyabrında başlayıblar. Artıq növbəti ilin mart ayında Rusiya prezidenti Vladimir Putin qəfildən Suriyada hərbi iştirakını azaltdığını bəyan etdi.

Bu ilin yanvar ayında isə Rusiyanın "Admiral Kuznetsov" aviadaşıyıcısının başçılıq etdiyi Şimali Donanma qruplaşmasının hərbi gəmiləri münaqişə zonasını tərk etdi.

Suriyada keçirilən hərbi əməliyyatlarda 30-dan çox rusiyalı hərbçi həlak olub.

Rusiya rəhbərliyi Suriyada aparılan əməliyyatları rəsmi olaraq İD-yə qarşı mübarizə adlandırır. Lakin Qərbin fikrincə, Rusiya faktiki olaraq İD-yə qarşı mübarizə bəhanəsiylə vətəndaş müharibəsində Suriya prezidenti Bəşər Əsədi dəstəkləyir.

Bu barədə daha geniş