Rusiya Tu-154 təyyarəsinin qəzaya uğramasının səbəbini açıqlayıb

Əklillər Fotonun müəllifi EPA
Image caption Qara dəniz üzərində qəzaya uğrayan təyyarənin göyərtəsində 92 nəfər olub.

2016-ci ilin dekabr ayında Soçidən Suriya yollanarkən Qara dənizə düşən Тu-154 təyyarəsinin qəzaya uğramasına səbəb istiqamətin itirilməsilə bağlı baş pilotun səhfi ola bilərdi.

Belə nəticəyə hadisəni tədqiq edən Müdafiə Nazirliyi gəlib.

"Araşdırma yekunları müəyyən edib ki, hadisənin səbəbi məkanda istiqamətləndirmənin pozulması - təyyarənin komandirinin səhvi ilə nəticələnən situasiya agahlığı ola bilərdi", - Müdafiə Nazirliyinin açıqlamasında deyilir.



Тu-154 təyyarəsinin qəzası ilə bağlı araşdırmanın yekunlarına əsaslanan bəyanat çərşənbə günü axşam yayılıb.

Aviaqəza 2016-ci il, 25 dekabrda baş verib.

Təyyarədə hərbi Aleksandrov ansamblının 65 üzvü və "Ədalətli yardım" fondunun başçısı Yelizaveta Qlinka da daxil olmaqla 92 nəfər olub.

Artistlər Rusiyanın Suriyadakı Hmeymim bazasında çıxış etməli idilər.

Gəzadan sağ çıxan olmayıb.

Əlaqəli mövzular

Bu barədə daha geniş