Cardiff-də Çempionlar Liqası finalı üçün "misli görünməmiş" təhlükəsizlik tədbirləri

Cardiff stadionu Fotonun müəllifi PA

Şənbə günü Uelsdə, Cardiff şəhərində Juventus və Real Madrid komandaları arasında oynanacaq Çempionlar liqası finalı üçün şəhərdə təhlükəsizlik tədbirləri "misli görünməmiş" səviyyəyə qaldırılıb.

Çempionlar liqası tarixində ilk dəfə final qarşılaşması stadionun damı bağlanılaraq keçiriləcək.

Bu addım təhlükəsizlik səbəbiylə atılır.

Uels Futbol Federasiyasının prezidenti görülən tədbirləri "bir idman qarşılaşması üçün təşkil edilən ən böyük təhlükəsizlik əməliyyatı" adlandırıb.

Mayın 22-də Manchester Arenada törədilmiş intihar hücumu nəticəsində 22 adam həlak olmuşdu.

Federasiya final matçı ilə bağlı aşağıdakı tədbirlərin görülməsini lazım bilib:

  • Stadiona çanta keçirilməsi qadağan olunur
  • Final matçı stadionun damı bağlı olan vəziyyətdə keçiriləcək.
  • Tutumu 74 min 500 tamaşaçı olan stadiona yalnız 66 min adam buraxılacaq.
  • Stadiona çıxan yollar matç günü bağlana bilər.
  • Tamaşaçıların matça ən az iki saat əvvəl gəlməsi də şərtlərdən biridir.
Fotonun müəllifi Reuters
Image caption Stadiona çıxan yollar nəzarət altına alınıb

Gözlənildiyinə görə, matçı 200 min tamaşaçı izləyəcək.

Federasiyadan, təhlükəsizlik tədbirlərinin 1-4 iyun tarixlərini əhatə edəcəyi də bildirilib.

Şəhərə Çempionlar liqasının final görüşü ilə bağlı 200 min ziyarətçinin gələcəyi gözlənilir.

Final oyunu keçirilən gün şəhərdə 1500 polisin keşik çəkəcəyi bildirilir.

Əlaqəli mövzular

Bu barədə daha geniş