Gürcüstan parlamentində Əfqan Muxtarlıya dəstək aksiyası
Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil

Gürcüstan parlamentində jurnalistlərdən Əfqan Muxtarlıya dəstək aksiyası

Çərşənbə axşamı günü Gürcüstanın parlamentində insan haqları komitəsinin iclasına daxil olan bir qrup jurnalist Azərbaycanlı jurnalist Əfqan Muxtarlının işilə bağlı etiraz keçiriblər.

Əfqan Muxtarlı Gürcüstandan oğurlanaraq başı torba ilə örtülü şəkildə Azərbaycana ötürüldüyünü iddia edir. Rəsmi Bakı bunu təkzib edərək jurnalistin sərhədi qanunsuz keçdiyi an saxlandığını bildirir.

İnsan haqları komitəsinin olduğu otağa daxil olan jurnalistlət Əfqan Muxtarlıya dəstək aksiyasında başlarına qara torbalar keçiriblər.

"Bizə sizin mesajınız aydındı və insan hüquqları komitəsi olaraq biz bu məsələnin mümkün qədər vaxtında araşdırılmasını istəyirik", - jurnalistlərin etirazına reaksiya verərkən komitənin sədri Sofia Kiladze bildirib.

Lakin Kiladze məsələnin komitənin gündəliyinə daxil etmək barədə çağırışları rədd edib.

"Şou yaratmaq haqqını verməyəcəm", - o, deyib.