İran Parlamenti və Xomeyni məqbərəsinə hücum: ən azı 12 nəfər həlak olub

Xəritə
Image caption Hadisələrin baş verdiyi yerləri göstərən xəritə

Çərşənbə günü Tehranda Ayətullah Xomeyni məqbərəsinə və parlamentə hücum ən azı 12 nəfərin ölümünə bais olub, çox sayda insan xəsarət alan var.

Saatlar ərzində davam edən atışmadan sonra belə görünür ki, parlament binasına basqın artıq başa çatıb.

İran rəsmiləri üçüncü hücumun qarşısının alındığını deyirlər.

Silahlılar tərəfindən basqın fonunda İran parlamentinin deputatları təhlükəsizlik qüvvələri ilə əlaqəli şəkildə parlament zalını tərk edib, İranın Gənc Jurnalistlər Klubu (YJC) məlumat yayıb.

Təhlükəsizlik qüvvələri bu gün Məclisə (parlament) hücum edən və binanın müxtəlif mərtəbələrində yerləşdiyi hesab edilən qalan hücumçuların saxlanılması üçün çalışır.

Ən son məlumatları canlı səhifəmizdə oxuyun: İran Parlamenti və Xomeyni məqbərəsinə hücum

Girov götürülənlər barədə məlumatlar daxil olur.

Məclisin plenar sessiyası hücum ilkin məlumatların yayılmasından sonra bir müddət davam edib.

Özünü İslam Dövləti (İD) adlandıran qruplaşma İranda parlament və İmam Xomeyni məqbərəsinə silahlı hücumlara görə məsuliyyəti şifrəli mesaj xidmətləri mobil tətbiqində üzərinə götürüb.

İD vebsaytı İran parlamentinə hücumun başa çatmadığını iddia edib.

Lakin təşkilat öz iddiasını dəstəkləmək üçün heç bir sübut göstərməyib.

Press TV Parlament binasında atışmanın davam etməsinə aid görüntülər paylaşıb.

Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil
İranda hücumlar: təhlükəsizlik tədbirləri gücləndirilir

Bu arada rəsmi Bakı hücuma reaksiya vərərkən insan tələfatı və yaralananlar barədə xəbərdən kədərləndiyini bildirib.

"Bu qanlı hadisə terrorizmin bütün dünya üçün dəhşətli bir bəlaya çevrildiyini, onun bütün təzahürlərinə qarşı birgə səylərlə və ardıcıl mübarizə aparılmasının vacibliyini bir daha təsdiq edir", - Azərbaycan dövlət başçısı İlham Əliyevin İran prezidentinə göndərdiyi məktubda deyilir.

"Baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, dost və qardaş İran xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm".

Nə baş verib?

Çərşənbə günü səhəri silahlı şəxslər İran parlamentinin binasında və paytaxt Tehranda yerləşən Xomeyni məqbərəsində atəş açıblar, İran mediası xəbər verir.

Atışma nəticəsində yaralıların və həlak olanların olduğu deyilir, amma rəqəmlər fərqlidir.

Daha sonra İranın dövlət televiziyası və Fars xəbər agentliyi Xomeyni məqbərəsində ikinci intiharçı bomba partlayışının baş verdiyini deyir.

Daxili işlər naziri hücumların fonunda Tehranda fövqəladə təhlükəsizlik iclası çağırıb, İranın Tələbə Xəbərlər Agentliyi (İSNA) xəbər verir.

Parlament binasında gərginliyin davam etməsinə dair məlumatların yayılmasına baxmayaraq, İRNA dövlət informasiya agentliyi parlamentin ictimai sessiyasının davam etdiyini bildirib.

Dövlət informasiya agentliyi İRNA təsdiq edir ki, parlament binasına hücum edən şəxslərdən biri intihar kəmərini partladıb.

Agentlik həmçinin bildirib ki, daha bir "intiharçı hücuma cəhd edən şəxs" qurğu partlamamışdan əvvəl öldürülüb.

Başqa məlumatlarda Parlamentin yaxınlığında snayperlərin mövqe qurmasında dair fotolar paylaşılıb.

Fotonun müəllifi @tajgardoon
Image caption Hazırkı vəziyyətə baxmayaraq İran deputatları gülümsəyərək selfielər çəkdirib və İnstagram-a yerləşdiriblər

Parlamentdə nə baş verir?

Çərşənbə günü səhəri Parlament binasının içində bir silahlının mühafizə xidmətinin əməkdaşını öldürdüyü bildirilib.

Parlament palatasına aid audio yazıda güclü atəş səsləri eşidilib.

Hazırda Parlament binasında gərginliyin davam etməsinə dair məlumatların yayılmasına baxmayaraq, İRNA dövlət informasiya agentliyi parlamentin ictimai sessiyasının davam etdiyini bildirib.

Parlamentin sözçüsü Mahdi Kiaie deyib ki, təhlükəsizlik qüvvələri və İslam İnqilabı Keşikçiləri Korpusu vəziyyətə nəzarət edir.

Parlamentin yaxınlığında snayperlər mövqe qurub, İran mətbuatı məlumat verir.

Fotonun müəllifi Reuters
Image caption İran polisi Parlament binasından baxır

İranın İRİNN xəbər kanalı parlamentdə 7-8 nəfərin dörd hücumçu tərəfindən yaralandığını qeyd edib.

Dövlət informasiya agentliyi İRNA bildirir ki, parlament binasında hücum edən dörd şəxsdən biri həbs olunub.

Agentliyin məlumatına görə, dörd nəfər AK-47 avtomat və Kolt tapançasından atəş açaraq üç mühafizəçini yaralayıb.

Fotonun müəllifi Reuters

"İran Parlamentinin Xarici Siyasət və Milli Təhlükəsizlik Komissiyasının üzvü atəş açan şəxsin həbs olunduğunu təsdiqləyib," İRNA bildirib.

Millət vəkili Seyid Hüseyn Naqavi-Hosseini İSNA agentliyinə bildirib ki, üç silahlı şəxs hələ də parlamentdədir.

İnternet və yerli KİV-də yayılmış fotolarda parlament binasında vəziyyətə silahlı reaksiya göstərildiyi əks olunub.

Fotonun müəllifi Reuters

Twitterdə bəzi profil sahibləri bu tipli şəkilləri yerləşdirərək, onların son bir neçə dəqiqədə çəkildiyini iddia edirlər.

Günorta Reuters informasiya agentliyi dövlət yayımçısı İRİB-ə istinadən məlumat verir ki, İran parlamentinin binasında intiharçı bomba partladıb.

Yerli informasiya agentlikləri məlumatı təsdiq edir və əlavə edir ki, hücumçu həmin zaman dördüncü mərtəbədə olub.

Məqbərədə nə baş verir?

Fotonun müəllifi JAMARANNEWS/FARS
Image caption Fars xəbər agentliyi: partlayış məqbərənin kənarında baş verib

Üç silahlı şəxs Tehranın cənubundakı Xomeyni məqbərəsinə hücum edib, Fars agentliyi bildirib.

Xomeyni məqbərəsində bir neçə insanın yaralandığı bildirilir.

Hücum edənlərdən biri bombalı intiharçı və qalanları isə iki və ya üç silahlı olub.

"Silahlıların ikisinin ziyarətçilərə hücum etdiyi, üçüncüsünün isə özünü intiharçı hücumda partlatdığı deyilir", yarı-rəsmi xəbər agentliyi bildirib.

Məqbərədə bir hücumçu polis tərəfindən öldürülüb, daha bir hücumçu isə həbs edilib, İran xəbər saytları yazır.

"Hüquq-mühafizə qüvvələri hücum edənlərdən birini öldürüb və yaralanan qadın həbs edilib," iribnwes.ir saytı İmam Xomeynin ziyarətgahında olan mənbədən sitat gətirib.

"Dörd zəvvar yaralanıb və xidməti heyət üzvü həlak olub".

Fotonun müəllifi AFP
Image caption Məqbərədə beş nəfərin yaralandığı və bir nəfərin öldüyü təsdiqlənib

Polis hazırda daha bir hücumçunu təqib edir. Məlumatda deyilir ki, hüquq-mühafizə nümayəndələri hücumçunun intihar jiletini neytrallaşdırmaq istəyirlər.

Məqbərənin sözçüsü Əli Xəlili İRNA xəbər agentliyinə bildirib ki, silahlı kişilərin biri məqbərənin qarşısında özünü partladıb.

Lakin Mehr Xəbər agentliyi Twitterdə paylaşıb ki, məqbərəyə hücum edən intiharçı "qadın olub".

İranın Əmək Agentliyi xəbər verib ki, hücum edənlərdən ikisi həbs olunub.

Məqbərədə beş nəfərin yaralandığı və bir nəfərin öldüyü təsdiqlənib.

Bəzi məlumatlara görə, intiharçı bombanın partladığı bildirilən məqbərə yaxınlığında "hücumçular" həbs edilib.

Bir müddət əvvəlki məlumatda həmin yerdə yalnız bir hücumçunun olduğu bildirilib.

İranın dövlət televiziyası və Fars xəbər agentliyi Xomeyni məqbərəsində ikinci intiharçı bomba partlayışının baş verdiyini də deyir.

Bu barədə daha geniş