Polis, Kiyevdə ABŞ səfirliyi ərazisində partlayışı "terror aktı" sayır

Kiyevdə ABŞ səfirliyi Fotonun müəllifi Kiev Police
Image caption Partlayış binaya ciddi ziyan vurmayıb, səfirliyin işçi heyəti arasında zərərçəkən yoxdur, diplomatik nümayəndəlikdə qeyd ediblər.

Kiyevdə, ABŞ səfirliyi ərazisində törədilmiş partlayış "terror aktı" kimi qiymətləndirilib, Ukraynanın paytaxt polis idarəsində bildiriblər.

Partlayış iyunun 8-nə keçən gecə səfirlik ərazisində baş verib.

"Baxış zamanı diplomatik missiyanın ərazisinə naməlum partlayıcı qurğunun atıldığı müəyyən edilib", - Kiyev polis idarəsi bildirib.

Hadisə ilə bağlı Ukrayna cinayət məcəlləsinin "terror aktı" maddəsi ilə cinayət işi açılıb.

Polisin məlumatına görə, hücumu törədən şəxslərin müəyyən edilməsi üçün müvafiq tədbirlər həyata keçirilir.

Səfirliyin mətbuat xidmətindən yerli mətbuata bildiriblər ki, hadisəyə görə işi dayandırmaq nəzərdə tutulmur.

Partlayış binaya ciddi ziyan vurmayıb, səfirliyin işçi heyəti arasında zərərçəkən yoxdur, diplomatik nümayəndəlikdə qeyd ediblər.

Əlaqəli mövzular